İkinci işmuil 24:1—25

  • Davud xalqı siyahıya almaqla günah edir (1—14)

  • Azar 70 000 adamı tələf edir (15—17)

  • Davud qurbangah tikir (18—25)

    • Davud xırmanı və heyvanları havayı götürmür (24)

24  Yehova yenə İsrailə qəzəbləndi.+ Bir kəs: «Get İsraili və Yəhudanı say»,+ — deyib Davudu onlara qarşı təhrik etdi.+  Padşah yanında olan ordu başçısı Yuaba+ dedi: «Dandan tutmuş Biir-Səbaya+ qədər bütün İsrail qəbilələrini gəzin, hamını siyahıya alın ki, xalqın sayını bilim».  Yuab padşaha dedi: «Qoy Allahın Yehova xalqı yüz qat artırsın, hökmdar da bunu görsün. Nə üçün hökmdarım belə şey etmək istəyir?»  Amma padşahın sözü Yuabla sərkərdələrin sözündən kəsərli oldu. Yuab və sərkərdələr padşahın hüzurundan çıxıb İsrail xalqını siyahıya almağa getdilər.+  Onlar İordanı keçib vadinin ortasındakı şəhərdən sağda, Aruirdə+ düşərgə saldılar, sonra cadlılar tərəfə yollandılar, oradan isə Yazir+ tərəfə getdilər.  Daha sonra Gilada+ və Taxtım-Hüdsi torpağına üz tutdular, oradan da Dan-Yahana gedib Sidon+ ətrafını dolaşdılar.  Oradan Sur qalasına+ getdilər, hivilərin+ və kənanilərin bütün şəhərlərini gəzdilər, axırda Negevdə+, yəni Yəhudadakı Biir-Səbada+ dayandılar.  Beləliklə, onlar bütün ölkəni gəzdilər və doqquz ay iyirmi gündən sonra Yerusəlimə qayıtdılar.  Yuab siyahıya alınan xalqın sayını padşaha təqdim etdi. İsraildə əli qılınclı 800 000 döyüşçü, Yəhudada isə 500 000 adam var idi.+ 10  Xalqı sayandan sonra Davudun ürəyi onu qınamağa başladı+. O, Yehovaya dedi: «Bu işi görməklə böyük günah etmişəm+. Yehova, axmaqlıq eləmişəm, yalvarıram, qulunu bağışla».+ 11  Davud səhər qalxanda onun görücüsü Cada+ Yehovanın sözü nazil oldu: 12  «Get Davuda söylə ki, Yehova belə deyir: “Qarşına üç seçim qoyuram. Birini seç. Səni o cür cəzalandıracağam”».+ 13  Cad da Davudun yanına gəlib dedi: «Hansını seçirsən: ölkədə yeddi il aclıq olsun,+ üç ay düşmənlərin səni təqib etsin,+ ya da üç gün ölkədə xəstəlik olsun?+ Yaxşı-yaxşı fikirləş, söylə, məni göndərənə nə cavab verim». 14  Davud Cada dedi: «Mənə çox çətindir. Qoyma insan əlinə düşüm.+ Qoy biz Yehovanın əlinə düşək,+ Onun mərhəməti böyükdür».+ 15  Yehova səhər açılandan təyin olunmuş vaxta qədər İsrailə xəstəlik göndərdi.+ Dandan tutmuş Biir-Səbaya qədər+ 70 000 adam qırıldı.+ 16  Mələk əlini uzadıb Yerusəlimi tar-mar etmək istəyəndə Yehovanın xalqa yazığı gəldi+ və xalqı qıran mələyə dedi: «Bəsdir! Əl saxla!» Yehovanın mələyi yəbusi+ Arunahın xırmanının+ yanında idi. 17  Davud mələyin xalqı qırdığını görəndə Yehovaya dedi: «Günah edən mənəm, mən xəta etmişəm. Axı bu yazıq qoyunlar+ nə ediblər? Qoy əlin mənə, atamın evinə qarşı qalxsın».+ 18  Cad həmin gün Davudun yanına gəlib dedi: «Qalx, get Yehova üçün yəbusi Arunahın xırmanında qurbangah tik».+ 19  Davud Yehovanın əmr etdiyi kimi, Cadın sözü ilə durub getdi. 20  Arunah padşahla əyanlarının ona tərəf gəldiyini görəndə tez bayıra çıxıb yerədək padşaha təzim etdi və dedi: 21  «Ağam padşahı bu qulunun yanına nə gətirib?» Davud dedi: «Gəlmişəm sənin xırmanını alıb Yehovaya qurbangah tikim və xalqın üzərinə gələn bəla dayansın».+ 22  Arunah Davuda dedi: «Qoy padşah xırmanı götürüb istədiyini təqdim etsin. Burada yandırma qurbanı üçün heyvan, yandırmaq üçün odun əvəzinə vəl və boyunduruqlar var. 23  Ya padşah, hamısı sənindir». Sonra Arunah əlavə etdi: «Qoy Allahın Yehova sənə yar olsun». 24  Padşah isə Arunaha dedi: «Bunu səndən pulla alacağam. Allahım Yehovaya yandırma qurbanını havayı götürüb təqdim etmərəm». Davud əlli şekel* verib xırmanı və heyvanları aldı.+ 25  Davud orada Yehovaya qurbangah tikdi,+ yandırma və ünsiyyət qurbanları təqdim etdi. Yehova onların ölkə üçün etdiyi yalvarışlarına cavab verdi+ və İsrailə gələn bəla sovuşdu.

Haşiyələr

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.