Korinflilərə ikinci məktub 3:1—18
3 Özümüzü yenidən sizə tanıtmağa lüzum varmı? Yoxsa bəziləri kimi, sizə zəmanət məktubları yazmağa, yaxud sizdən zəmanət məktubları almağa ehtiyacımız var?
2 Siz özünüz ürəyimizdə həkk edilmiş, hamının tanıdığı və oxuduğu məktubumuzsunuz.+
3 Siz xidmətimiz vasitəsilə+ yazdığımız Məsihin məktubusunuz və bu, göz qabağındadır. Siz mürəkkəblə deyil, var olan Allahın ruhu ilə, daş kitabələrə+ yox, ətdən olan kitabələrə, ürəklərə yazılmış+ məktubsunuz.
4 Bəli, biz Məsih vasitəsilə Allahın qarşısında bunu qətiyyətlə deyə bilərik.
5 Biz demirik ki, bu işə öz-özümüzdən yararlıyıq, xeyr, bizi yararlı edən Allahdır.+
6 O, bizi yeni əhdin xidmətçiləri olmağa yararlı etdi.+ Biz yazılı qanunun+ yox, ruhun xidmətindəyik. Çünki yazılı qanunlar toplusu ölümə məhkum edir,+ ruh isə həyat verir.+
7 Ölüm hökmü gətirən, daş üzərində hərflərlə həkk edilmiş+ qanunlar toplusu calalla gəldi, elə bir calalla ki, İsrail oğulları Musanın çöhrəsindən yağan nura görə onun üzünə baxa bilmirdilər.+ Aradan qaldırılacaq bu calal belə möhtəşəm idisə,
8 məgər ruhun+ fəaliyyətindəki calal daha möhtəşəm olmamalıdır?+
9 Əgər məhkumiyyətə qulluq edən qanunlar toplusu+ şanlı idisə,+ görün salehliyə aparan xidmətdə nə qədər şan-şərafət var!+
10 Vaxtilə calal sahibi olan qanunlar toplusu ondan qat-qat üstün calala görə öz calalını itirib.+
11 Çünki keçib-gedən qanunlar toplusu calalla gəldisə,+ görün daim qalan əhddə nə qədər calal var!+
12 İndi ki belə bir ümidimiz var,+ biz böyük cəsarətlə danışırıq.
13 Biz Musa kimi etmirik. İsrail oğulları aradan qaldırılacaq qanunlar toplusunun sonuna* baxmasınlar deyə, o, üzünü örtürdü.+
14 Lakin onların zehni kütləşmişdi.+ Çünki köhnə əhd oxunanda o örtük bu günə kimi onların zehnini örtür,+ çünki onu ancaq Məsih vasitəsilə qaldırmaq mümkündür.+
15 Bəli, bu gün də Musanın yazıları oxunanda+ onların ürəyi örtülüdür.+
16 Ancaq ürək Yehovaya sarı dönəndə örtük qaldırılır.+
17 Yehova Ruhdur*.+ Yehovanın ruhu haradadırsa, orada azadlıq var.+
18 Biz hamımız açıq üzlə Yehovanın calalını güzgü kimi əks etdiririk və get-gedə bu calalı daha çox əks etdirərək dəyişib Onun surətini alırıq. Beləcə, ruhani varlıq olan Yehovanın* düzəltdiyi şəklə düşürük.+
Haşiyələr
^ Yaxud nəticəsinə; məqsədinə.
^ Yəni ruhani varlıqdır.
^ Digər variant: Yehovanın ruhu vasitəsilə.