Korinflilərə ikinci məktub 4:1—18

  • Müjdənin nuru (1—6)

    • İmansızların zehni kordur (4)

  • Saxsı qablarda saxlanılan xəzinə (7—18)

4  Bizə göstərilən mərhəmət sayəsində belə bir xidmətimiz var. Buna görə də biz ruhdan düşmürük.  Biz abırsız işləri, gizlində görülən əməlləri rədd edir, hiyləgərliklə hərəkət etmir, Allahın sözünü təhrif etmirik,+ əksinə, insanlara həqiqəti açıb Allahın qarşısında hər insanın vicdanı üçün yaxşı örnək oluruq.+  Əgər təbliğ etdiyimiz müjdə örtülüdürsə, məhv yolunda olanlar üçün örtülüdür.  Bu dövrün* allahı+ bu imansızların zehnini kor edib+ ki, onlar Allahın bənzəri olan Məsih+ haqqındakı şanlı müjdənin nurunu görməsinlər.+  Biz təbliğ edəndə özümüz haqqında yox, Məsih İsanın Ağa olduğu, bizim də onun xatirinə sizin qulunuz olduğumuz barəsində təbliğ edirik.  Çünki Allah belə buyurub: «Qoy zülmətdə işıq parlasın».+ Allah ürəyimizə işıq saçdı+ və ürəyimizi Məsihin üzü vasitəsilə Özü haqqındakı şanlı biliklə nurlandırdı.  Ancaq bu xəzinəmiz+ ona görə saxsı qablarda+ saxlanılır ki, insan gücündən üstün olan gücün özümüzdən yox, Allahdan gəldiyi bəlli olsun.+  Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirənməmişik; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil*;+  bizi təqib edirlər, amma tək deyilik;+ bizi vurub yerə səriblər, amma məhv edilməmişik.+ 10  Biz İsaya çəkdirilən iztirabları həmişə bədənimizdə daşıyırıq+ ki, onun həyatı bizim bədənimizdə təzahür olunsun. 11  Bəli, İsanın həyatı bizim fani bədənimizdə təzahür olunsun deyə, sağ olan bizlər İsaya görə daima ölümlə üz-üzə dururuq.+ 12  Buna görə də ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir. 13  Belə yazılıb: «İman etdiyim üçün danışdım».+ Biz də eyni iman ruhuna sahib olduğumuz üçün iman edib danışırıq 14  və bilirik ki, İsanı dirildən Allah onu diriltdiyi kimi, bizi də dirildib sizinlə bərabər onun hüzuruna gətirəcək.+ 15  Bütün bunlar sizin üçündür. Təki Allahın zəngin lütfü daha çox adamın şükür etməsi sayəsində daha da bol olsun və beləcə, Allah şərəflənsin.+ 16  Buna görə də biz ruhdan düşmürük, zahirən solsaq da, daxilən günbəgün yeniləşirik. 17  Çünki çəkdiyimiz əziyyətlər qısamüddətli və yüngül olsa da, əvəzində bizə misli-bərabəri olmayan, əbədi mükafat gətirəcək.+ 18  Biz gözümüzü görünən yox, görünməyən şeylərə dikmişik,+ çünki görünən şeylər müvəqqəti, görünməyən şeylər isə əbədidir.

Haşiyələr

Digər variant: ümidsiz qalmamışıq.