İkinci Salnamələr 11:1—23

  • Rəhabamın hökmranlığı (1—12)

  • Sədaqətli lavililər Yəhudaya gəlirlər (13—17)

  • Rəhabamın ailəsi (18—23)

11  Rəhabam Yerusəlimə gələn kimi İsraillə müharibə edib səltənəti geri qaytarmaq üçün bütün Yəhuda və Binyamin əhlini+ — 180 000 təlim görmüş döyüşçünü topladı.+  Allah adamı Şəmaya+ Yehovanın sözü nazil oldu:  «Yəhuda padşahı Süleyman oğlu Rəhabama, Yəhudada və Binyamindəki bütün israillilərə söylə ki,  Yehova belə deyir: “Qardaşlarınızla müharibə etməyin. Qoy hər kəs öz evinə qayıtsın, çünki bu iş Məndən olub”».+ Onlar Yehovanın sözünə qulaq asıb geri qayıtdılar və Ərubama hücum etmədilər.  Rəhabam Yerusəlimdə yaşadı və Yəhudada qala-şəhərlər saldı.  Şəhərlər bunlar idi: Beytləhm+, Etam, Təquh+,  Beyt-Sur, Soqo+, Ədullam+,  Cat+, Məraş, Zif+,  Ədurayim, Lahiş+, Əzqa+, 10  Sorah, Ayalon+ və Həbrun+. Bu qala-şəhərlər Yəhudada və Binyamində yerləşirdi. 11  Sonra o, qalaları möhkəmləndirib ora rəislər qoydu. Qalalara ərzaq, yağ və şərab ehtiyatı yığdı. 12  Hər şəhəri qalxan və nizələrlə təchiz etdi. Şəhərlərin mühafizəsini əməlli-başlı gücləndirdi. Yəhuda və Binyamin onun tabeliyində qaldı. 13  Bütün İsraildə olan kahinlər və lavililər öz yerlərindən gəlib Rəhabamın tərəfinə keçdilər. 14  Lavililər otlaqlarını və mülklərini qoyub+ Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Ərubam və oğulları onları Yehovanın hüzurunda icra etdikləri kahinlik xidmətindən uzaqlaşdırmışdı.+ 15  Ərubam səcdəgahlarda keçiyəbənzər cinlərə*+ və düzəltdiyi danalara+ xidmət etmək üçün kahinlər təyin etdi.+ 16  İsrailin bütün qəbilələrindən İsrailin Allahı Yehovanı sidqi-ürəkdən axtaran hər kəs ata-babalarının Allahı Yehovaya qurban gətirmək üçün onların ardınca Yerusəlimə gəldi.+ 17  Onlar üç il ərzində Yəhuda padşahlığını möhkəmləndirdilər və Süleyman oğlu Rəhabamın tərəfində oldular. Üç il Davudla Süleymanın yolu ilə getdilər. 18  Rəhabam Məhaləti aldı. Məhalətin atası Davud oğlu Ərimut, anası Yəssə oğlu Əlyabın+ qızı Abihayil idi. 19  Məhalətin dünyaya gətirdiyi oğullar: Yəuş, Şimray və Zəham. 20  Rəhabam Məhalətdən sonra Absalamın+ nəvəsi Məkahı aldı. Məkahın dünyaya gətirdiyi oğullar: Əbiyya+, Attay, Ziza və Səlimət. 21  Rəhabam Absalamın nəvəsi Məkahı bütün arvadlarından və cariyələrindən+ çox sevirdi. Onun 18 arvadı, 60 cariyəsi, 28 oğlu və 60 qızı var idi. 22  Rəhabam Məkahdan doğulan Əbiyyanı qardaşları arasında başçı və rəhbər qoydu. Çünki özündən sonra Əbiyyanı padşah qoymaq istəyirdi. 23  Rəhabam ağılla davranıb oğullarından bir neçəsini bütün Yəhuda və Binyamin bölgələrinə, bütün qala-şəhərlərə+ göndərdi. Onları hər şeylə təmin etdi və onlara çoxlu arvad aldı.

Haşiyələr

Lv 17:7 haşiyəsinə bax.