İkinci Salnamələr 19:1—11
19 Yəhuda padşahı Yəhuşafat sağ-salamat Yerusəlimə, sarayına qayıtdı.+
2 Görücü Hənani+ oğlu Yəhu+ Yəhuşafat padşahın qarşısına çıxıb dedi: «Pis adama kömək etməklə,+ Yehovaya nifrət edənləri sevməklə düzgün iş görürsən?+ Buna görə Yehova sənə qəzəblənib.
3 Amma Allah səndə yaxşı şeylər görüb.+ Sən ölkəni Aşera bütlərindən təmizləmisən, ürəyində Allahı axtarmağı qət etmisən*».+
4 Yəhuşafat Yerusəlimdə yaşadı. O, xalqı ata-babalarının Allahı Yehovaya tərəf döndərmək+ üçün yenə də Biir-Səbadan Əfraim dağlıq bölgəsinədək+ bütün ölkəni gəzib-dolaşdı.
5 Bütün məmləkətdə, Yəhudanın qala-şəhərlərinin hər birində hakimlər təyin etdi.+
6 O, hakimlərə dedi: «Nə etdiyinizə fikir verin, çünki insan üçün yox, Yehova üçün hökm çıxarırsınız. Siz hökm çıxaranda O, sizinlə olacaq.+
7 Yehovadan qorxun.+ Nə etdiyinizə fikir verin. Allahımız Yehovada haqsızlıq,+ tərəfkeşlik yoxdur+, Onu satın almaq mümkün deyil».+
8 Yəhuşafat Yerusəlimdə də lavililərdən, kahinlərdən və İsrailin nəsil başçılarından bəzilərini təyin etdi ki, Yehovanın önündə hakim kimi xidmət etsinlər və Yerusəlim sakinlərinin işinə baxsınlar.+
9 Padşah onlara əmr etdi: «Vəzifənizi Yehovadan qorxaraq, sədaqətlə, sidqi-ürəkdən yerinə yetirin.
10 Öz şəhərlərində yaşayan qardaşlarınız istər qan tökülməsi+ ilə bağlı, istər qanun, əmr, qayda, yaxud hökmlə bağlı məsələ ilə yanınıza gələndə onlara xəbərdarlıq edin ki, Yehovanın qarşısında günah etməsinlər. Yoxsa Allahın sizə və qardaşlarınıza qəzəbi tutar. Onlara xəbərdarlıq edin ki, günahkar olmayasınız.
11 Budur, Yehovanın işləri üçün böyük kahin Əmariyyə,+ padşahın işləri üçün isə Yəhuda qəbiləsinin başçısı İsmayıl oğlu Zəbədya sizə başçı olacaq. Lavililər sizin üçün nəzarətçi olacaqlar. Cəsur olun, işə başlayın. Qoy Yehova bu savab işinizi avand etsin».+
Haşiyələr
^ Hərfən: ürəyini Allahı axtarmağa hazırlamısan.