İkinci Salnamələr 2:1—18

  • Məbədin tikintisinə hazırlıq (1—18)

2  Süleyman Yehovanın adına ev+ və özü üçün saray tikmək barədə fərman verdi.+  Süleyman 70 000 fəhlə, dağlarda daş kəsmək üçün 80 000 işçi+ və bütün bu adamlara nəzarət etmək üçün 3600 nəzarətçi seçdi.+  Sonra o, Sur padşahı Hirama+ xəbər göndərdi: «Atam Davudla əlaqələriniz sıx idi. O, özünə ev tikəndə ona sidr tirləri göndərmişdin.+  İndi mən Allahım Yehovaya həsr etmək üçün Onun adına ev tikirəm. İstəyirəm ki, hər səhər-axşam,+ şənbə günlərində,+ təzə ay mərasimlərində+ və Allahımız Yehovanın bayramlarında+ orada, Allahın önündə ətirli buxur yandırım,+ hüzur çörəyi+ qoyum və yandırma qurbanları təqdim edim. Bu, İsrail üçün əbədi qaydadır.  Tikdiyim ev böyük olacaq, çünki bizim Allahımız bütün allahlardan ucadır.  Onun üçün ev tikməyə kimin gücü çatar? O, göylərə, göylərin göyünə sığmaz.+ Mən kiməm ki, Onun üçün ev tikim. Təkcə önündə qurban tüstüsü təqdim etmək üçün ev tikə bilərəm.  Mənə qızıl, gümüş, mis,+ dəmir, bənövşəyi yun, tünd-qırmızı, göy ipliklə işləməyi bacaran, həkkaklıq sənətindən başı çıxan sənətkar göndər. O, Yəhuda və Yerusəlimdə atam Davudun ixtiyarıma verdiyi sənətkarlarla birlikdə işləyər.+  Mənə Livandan sidr, ardıc+ və səndəl+ tirləri göndər. Mən bilirəm ki, sənin xidmətçilərin Livan ağacları kəsməyi bacarırlar.+ Mənim xidmətçilərim səninkilərlə birlikdə işləyib+  mənim üçün çoxlu tir hazırlayar, çünki tikdiyim ev çox böyük olacaq. 10  Mən isə sənin xidmətçilərini, ağac kəsənləri ərzaqla təmin edərəm.+ Onlara 20 000 kor* buğda, 20 000 kor arpa, 20 000 bat* şərab və 20 000 bat yağ verərəm». 11  Sur padşahı Hiram Süleymana namə göndərdi: «Yehova Öz xalqını sevdiyi üçün səni onların padşahı edib». 12  Ardınca belə dedi: «Yeri-göyü yaradan İsrailin Allahı Yehovaya alqış olsun! O, Davud padşaha ağıllı, hikmətli, dərrakəli oğul verib!+ Bu oğul Yehova üçün ev tikəcək, padşah sarayı inşa edəcək. 13  Budur, sənə bacarıqlı, işinin ustası olan Hiramabini göndərirəm.+ 14  O, danlı qadının oğludur. Atası surludur. Qızıl, gümüş, mis, dəmir, daş, tir, bənövşəyi yun, tünd-qırmızı və göy iplik, zərif parça ilə işləməyi bacarır,+ həkkaklığın hər sirrinə bələddir, əlindən hər iş gəlir.+ O, sənin və atanın, ağam Davudun bacarıqlı sənətkarları ilə birgə işləyər. 15  Qoy ağam da söz verdiyi kimi, xidmətçilərinə buğda, arpa, yağ, şərab göndərsin.+ 16  Biz də sənə lazım olan qədər Livan ağacları kəsib göndərərik.+ Onları salların üstündə dəniz yolu ilə Yaffaya gətirərik,+ sən də oradan Yerusəlimə apararsan».+ 17  Süleyman atası Davud kimi, İsraildə yaşayan bütün yadelliləri saydı.+ Onların sayı 153 600 nəfər idi. 18  Süleyman onların 70 000 nəfərini fəhlə, 80 000 nəfərini dağlarda daş kəsən,+ 3600 nəfərini isə bu işçilərə nəzarətçi qoydu.+

Haşiyələr

Kor 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.