İkinci Salnamələr 24:1—27

  • Yuəsin hökmranlığı (1—3)

  • Yuəs məbədi bərpa edir (4—14)

  • Yuəsin dönüklüyü (15—22)

  • Yuəs qətlə yetirilir (23—27)

24  Yuəs taxta çıxanda yeddi yaşında idi+ və qırx il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası biir-səbalı Sibyə idi.+  Kahin Yəhyadayın sağlığında Yuəs Yehovanın bəyəndiyi işləri görürdü.+  Yəhyaday ona iki arvad aldı, onun oğulları və qızları oldu.  Yuəsin ürəyində Yehovanın evini təmir etmək arzusu oyandı.+  O, kahinləri, lavililəri toplayıb onlara tapşırdı: «Yəhuda şəhərlərini gəzin, hər il Allahınızın evini təmir etmək üçün İsraildən pul yığın.+ Ləngiməyin, işə başlayın!» Lavililər isə ləngidilər.+  Onda padşah başçı Yəhyadayı çağırıb ondan soruşdu:+ «Nəyə görə lavililərdən tələb etmirsən ki, Yəhudadan və Yerusəlimdən Yehovanın qulu Musanın buyurduğu müqəddəs vergini,+ Şəhadət+ çadırı* üçün İsrail icmasından yığılan vergini toplasınlar?  Axı Ətəlyanın+, o nanəcib qadının oğulları Allahın evini talan ediblər.+ Yehovanın evindəki müqəddəs əşyaları Baallar üçün işlədiblər».  Onda padşahın əmri ilə sandıq+ düzəldib Yehovanın evinin darvazasının ağzına qoydular.+  Sonra da bütün Yəhudada və Yerusəlimdə car çəkib dedilər ki, hamı Allahın qulu Musanın səhrada israillilərə buyurduğu müqəddəs vergini+ Yehovaya gətirsin. 10  Bütün xalq və xalqın başçıları sevinc içində idi.+ Onlar vergini gətirib sandığa atırdılar, sandıq ağzınacan dolurdu*. 11  Lavililər sandığı gətirib padşaha təhvil verirdilər. Sandıq pulla dolu olanda padşahın katibi və böyük kahinin köməkçisi gəlib sandığı boşaldır+ və sonra aparıb yerinə qoyurdular. Hər gün belə edirdilər. Beləcə, çoxlu pul yığılırdı. 12  Padşah və kahin Yəhyaday pulu Yehovanın evindəki işə nəzarət edənlərə verirdilər. Onlar da Yehovanın evini bərpa etmək üçün muzdla daşkəsənlər, sənətkarlar,+ həmçinin Yehovanın evini təmir etmək üçün dəmir və mislə işləyən ustalar tuturdular. 13  Beləcə, nəzarətçilərin rəhbərliyi altında təmir işi başladı. Onların nəzarəti altında iş irəliləyirdi. Nəhayət, Allahın evini bərpa edib əvvəlki vəziyyətinə saldılar və onu möhkəmləndirdilər. 14  İş qurtarandan sonra artıq qalan pulu gətirib padşaha və Yəhyadaya verdilər. Onlar da bu pula Yehovanın evi üçün əşyalar, xidmət və təqdimələr üçün əşyalar, camlar, qızıl və gümüş əşyalar düzəltdilər.+ Yəhyadayın sağlığında hər gün Yehovanın evində yandırma qurbanları+ təqdim olunurdu. 15  Yəhyaday qocalıb yaşa doldu və öldü. O vəfat edəndə yüz otuz yaşı var idi. 16  Onu Davud şəhərində padşahların yanında dəfn etdilər.+ Çünki o, İsraildə Allah üçün və məbəd üçün yaxşı işlər görmüşdü.+ 17  Yəhyadayın vəfatından sonra Yəhuda əmirləri gəlib padşaha təzim etdilər. Padşah onların sözünü dinlədi. 18  Xalq ata-babalarının Allahı Yehovanın evini tərk edib Aşera bütlərinə və başqa bütlərə səcdə qılmağa başladı. Onların bu günahına görə Allahın Yəhudaya və Yerusəlimə qəzəbi tutdu. 19  Yehova onların yanına dönə-dönə peyğəmbərlər göndərdi ki, onları Öz yoluna qaytarsın. Peyğəmbərlər onlara xəbərdarlıq edir, onlarsa qulaq asmırdı.+ 20  Allahın ruhu kahin Yəhyadayın+ oğlu Zəkəriyyənin üzərinə endi. O, xalqın qarşısında durub onlara xitab etdi: «Allah belə deyir: “Nəyə görə Yehovanın əmrlərini pozursunuz? Xeyir tapmayacaqsınız! Siz ki Yehovanı tərk etdiniz, O da sizi tərk edəcək”».+ 21  Onda padşahın əmrilə sui-qəsd qurub+ onu Yehovanın məbədinin həyətində daşqalaq etdilər.+ 22  Beləliklə, Yuəs padşah Yəhyadayın ona etdiyi yaxşılığı yada salmadı, onun oğlunu öldürdü. Zəkəriyyə ölüm ayağında olarkən bu sözləri dedi: «Qoy Yehova Özü bilsin səninlə».+ 23  Növbəti ilin əvvəlində Aram ordusu Yuəsin üstünə hücum çəkib Yəhudaya və Yerusəlimə soxuldu.+ Onlar xalqın başçılarını+ öldürdülər və bütün qəniməti Dəməşq padşahına göndərdilər. 24  Aramilər kiçik qoşunla hücuma keçsələr də, Yehova böyük bir ordunu+ onlara təslim etdi. Çünki yəhudalılar ata-babalarının Allahı Yehovanı tərk etmişdilər. Beləcə, aramilər Yuəsin cəzasını verdilər. 25  Onlar çıxıb gedəndən sonra (onlar Yuəsi ağır yaralamışdılar) əyanları sui-qəsd qurub onu yatağındaca öldürdü.+ Çünki o, kahin Yəhyadayın oğullarını* qətlə yetirmişdi.+ Beləliklə, padşah öldü, onu Davud şəhərində dəfn etdilər,+ amma padşah qəbiristanlığında dəfn etmədilər.+ 26  Ona sui-qəsd quran adamlar+ bunlar idi: Şimat adında əmuni qadının oğlu Zəbad və Şimrit adında muabi qadının oğlu Yəhuzabad. 27  Yuəsin oğulları barədə, onun əleyhinə söylənən hökmlər,+ Allahın evini bərpa etməsi+ haqqında Padşahlar kitabının şərhində yazılıb. Onun yerinə oğlu Amisay taxta çıxdı.

Haşiyələr

Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadır.
Digər variant: onlar vergini gətirib sandığa atırdılar və beləcə, hamısı vergini verib qurtardı.
Yaxud oğlunu. Ehtimal ki, bu sözün cəmdə işlənməsi Yəhyadayın peyğəmbər və kahin olan oğlu Zəkəriyyənin üstün və dəyərli keyfiyyətlərə malik olduğuna işarə edir.