İkinci Salnamələr 25:1—28

  • Yəhuda padşahı Amisay (1—4)

  • Ədumla müharibə (5—13)

  • Amisay bütpərəstlik yoluna düşür (14—16)

  • İsrail padşahı Yuəslə müharibə (17—24)

  • Amisayın ölümü (25—28)

25  Amisay iyirmi beş yaşında taxta çıxdı və iyirmi doqquz il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası yerusəlimli Yəhuəddən idi.+  Amisay Yehovanın bəyəndiyi işləri görürdü, amma bunu sidqi-ürəkdən etmirdi.  Hakimiyyət əlində möhkəmlənən kimi Amisay atası padşahı qətlə yetirən əyanları öldürdü.+  Amma qatillərin oğullarını öldürmədi. Tövratda*, Musanın kitabında yazılanlara uyğun davrandı. Orada Yehova buyurmuşdu: «Ata övladına görə, övlad da atasına görə ölməməlidir. Hər kəs öz günahına görə ölməlidir».+  Amisay yəhudalıları bir yerə topladı. O, yəhudalıları, binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında nəsillərinə görə düzdü.+ İyirmi və bundan yuxarı yaşda olanları siyahıya aldı.+ Döyüşə qabil, nizə və qalxan daşıyan, təlim almış döyüşçülərin sayı 300 000 nəfər oldu.  Sonra o, 100 talant* gümüş verib İsraildən 100 000 nəfər igid döyüşçü tutdu.  Bir Allah adamı onun yanına gəlib dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə getməsin.+ Yehova İsraili, əfraimliləri tərk edib.  Özün tək get. Cəsur ol, döyüşə atıl. Yoxsa Allah səni düşmənlərinə təslim edər. Allah sənə kömək də edə bilər,+ düşmənə təslim də edə bilər».  Onda Amisay Allah adamına dedi: «Bəs İsrail döyüşçülərinə verdiyim 100 talant necə olsun?» Allah adamı dedi: «Yehova sənə ondan da artığını verə bilər».+ 10  Amisay Əfraimdən onun yanına gəlmiş qoşunu geriyə, öz məmləkətinə göndərdi. Onlar Yəhudaya bərk hirsləndilər, qızğın qəzəblə öz məmləkətlərinə qayıtdılar. 11  Amisay cəsarətini toplayıb qoşunlarını Duz vadisinə+ apardı. O, 10 000 sairlini+ qırdı. 12  Yəhudalılar 10 000 nəfəri diri-diri ələ keçirdilər. Onları uçurumun kənarına gətirib aşağı atdılar. Hamısı tikə-parça oldu. 13  Bu arada Amisayın döyüşə aparmayıb geri göndərdiyi qoşun+ Səməriyyədən+ Beyt-Huruna+ qədər bütün Yəhuda şəhərlərinə basqın etdi. Onlar 3000 nəfəri öldürdülər və çoxlu qənimət ələ keçirdilər. 14  Amisay ədumiləri qırıb qayıdanda sairlilərin allahlarını gətirib öz allahı etdi.+ Qarşılarında baş əyib onlara qurban tüstüsü təqdim etdi. 15  Yehova Amisaya bərk qəzəbləndi. Onun yanına peyğəmbər göndərdi. Peyğəmbər ona dedi: «Öz xalqını sənin əlindən qurtara bilməyən allahlara niyə baş əydin?»+ 16  Padşah onun sözünü ağzında qoyub dedi: «Məgər səni padşahın məsləhətçisi qoyublar?+ Ölmək istəmirsənsə, kəs səsini!»+ Peyğəmbər cavabında: «Bircə bunu bilirəm ki, bu əməlinə görə, mənə qulaq asmadığına görə Allah səni məhv etməyi qət edib»+, — dedi və susdu. 17  Yəhuda padşahı Amisay məsləhətçiləri ilə məşvərət edəndən sonra İsrail padşahı Yəhu oğlu Yəhəzin oğlu Yuəsə ismarıc göndərdi: «Çıx meydana, döyüşək!»+ 18  İsrail padşahı Yuəs Yəhuda padşahı Amisaya cavab verdi: «Livanda qanqal sidr ağacına xəbər göndərdi: “Qızını oğluma ver”. Amma bir çöl heyvanı qanqalı tapdalayıb keçdi. 19  Sən deyirsən: “Mən Ədumu darmadağın etmişəm”.+ Ona görə də ürəyin qürurlanıb. Get otur evində. Sənə lazımdır ki, başına bəla açıb Yəhudanı da özünlə bərabər uçuruma sürükləyəsən?» 20  Amma Amisay qulaq asmadı.+ Bu iş Allahdan idi ki, onları düşmən əlinə təslim etsin,+ çünki onlar Ədum allahlarına səcdə edirdilər.+ 21  Beləliklə, İsrail padşahı Yuəs gəldi və Yəhuda padşahı Amisayla Yəhudanın Beyt-Şəms+ şəhərində qarşılaşdı. 22  Yəhudalılar İsrailə məğlub oldular. Hər kəs öz evinə qaçdı. 23  İsrail padşahı Yuəs Beyt-Şəmsdə Yəhuda padşahı Yəhəz* oğlu Yuəsin oğlu Amisayı əsir götürüb Yerusəlimə gəldi. Yuəs Əfraim darvazasından+ Künc darvazaya+ qədər Yerusəlim divarının 400 qulacını* uçurtdu. 24  O, Allahın məbədində Abid-Ədumun ixtiyarında olan və sarayın xəzinəsində olan bütün qızıl-gümüşü və əşyaları götürüb+ əsirlərlə birlikdə Səməriyyəyə apardı. 25  Yəhuda padşahı Yuəs+ oğlu Amisay+ İsrail padşahı Yəhəz oğlu Yuəsin ölümündən sonra on beş il yaşadı.+ 26  Amisayın qalan işləri, ilk işlərindən son işlərinə qədər hamısı Yəhuda və İsrail padşahlarının kitabında yazılıb. 27  Amisay Yehovanın yolundan dönəndən sonra Yerusəlimdə ona qarşı sui-qəsd qurdular.+ O, Lahişə qaçdı. Amma dalınca adamlar göndərib onu orada öldürdülər. 28  Cəsədini atların üstündə gətirib Yəhuda şəhərində ata-babalarının yanında dəfn etdilər.

Haşiyələr

Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Digər adı Əhəzya.
Təx. 178 m. B14 əlavəsinə bax.