İkinci Salnamələr 26:1—23

  • Yəhuda padşahı Üziyyə (1—5)

  • Üziyyənin hərbi yürüşləri (6—15)

  • Üziyyə cüzam xəstəliyinə tutulur (16—21)

  • Üziyyə ölür (22, 23)

26  Yəhuda xalqı on altı yaşlı Üziyyəni*+ atası Amisayın yerinə taxta çıxartdı.+  Padşah ata-babalarına qovuşandan sonra Üziyyə Elatı+ Yəhudaya qaytardı və bərpa etdi.+  O+ taxta çıxanda on altı yaşında idi və əlli iki il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası yerusəlimli Yəhliyə idi.+  O, atası Amisay kimi, Yehovanın bəyəndiyi işləri görürdü.+  Üziyyə ona Allahdan qorxmağı öyrədən Zəkəriyyənin sağlığında Allaha ibadət edirdi. O, Yehovaya ibadət etdiyi müddətdə Allah onun işini avand edirdi.+  O, filiştlilərlə+ döyüşə çıxdı, Cat+, Yabneh+, Aşdod+ şəhərinin divarlarını uçurtdu. Sonra Aşdod ərazisində, filiştlilərin torpağında şəhərlər tikdi.  Allah filiştlilərə, Gurbaalda yaşayan ərəblərə+ və məunlara qarşı yürüşlərdə ona kömək edirdi.  Əmunilər+ Üziyyəyə xərac verirdilər. Axırda onun şöhrəti Misirədək yayıldı. Çünki o, çox qüdrətli idi.  Üziyyə Yerusəlimdə Künc darvazanın+, Vadi darvazasının+ və İstinad divarının yanında bürclər tikdi+ və onları möhkəmləndirdi. 10  O, səhrada qalalar+ tikdi, çoxlu hovuzlar qazdı (çünki onun çoxlu mal-heyvanı var idi). Şəflada və düzənlikdə də belə etdi. Onun dağlarda və Karmeldə əkinçiləri və üzümçüləri var idi, çünki əkinçiliyi sevirdi. 11  Bundan əlavə, Üziyyənin müharibəyə hazır ordusu var idi. Döyüşçülər bölük halında hərbi yürüşlərə çıxırdılar. Onları padşahın əyanı Hənaniyyənin tabeliyində olan katib+ Yaəllə məmur Məseyyə sayıb siyahıya almışdı+. 12  Bu igid döyüşçülərin başında duran nəsil başçılarının sayı 2600 nəfər idi. 13  Onların tabeliyində olan qoşun döyüşə hazır 307 500 nəfərdən ibarət idi. Bu qüvvətli qoşun düşmənlə mübarizədə padşaha dayaq olurdu.+ 14  Üziyyə bütün ordunu qalxan, nizə+, dəbilqə, zireh+, ox və sapand daşı+ ilə təchiz etdi. 15  O, Yerusəlimdə ustaların ixtira etdiyi döyüş qurğuları düzəltdirdi. Onları bürclərin+, şəhər divarlarının künclərinə qoydular. Qurğular ox və böyük daşlar atmaq üçün idi. Padşah aldığı böyük kömək sayəsində qüvvətləndi, onun şöhrəti yaxın-uzaq ellərə yayıldı. 16  Amma o, güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı. O, Allahı Yehovaya xainlik etdi, buxur qurbangahında buxur yandırmaq üçün Yehovanın məbədinə girdi.+ 17  Kahin Əzriya və Yehovanın 80 nəfər cəsur kahini dərhal onun dalınca məbədə girdi. 18  Onlar Üziyyə padşaha qarşı durdular və dedilər: «Üziyyə, Yehovaya buxur yandırmaq sənin işin deyil!+ Buxur yandırmaq yalnız kahinlərin işidir, çünki onlar Harun övladlarıdır,+ bu işə onlar təyin olunublar. Müqəddəs məkandan çıx. Sən xainlik etdin, bu hərəkətinə görə Yehova Allahın razılığını qazanmayacaqsan». 19  Əlində buxur yandırmaq üçün buxurdan tutan Üziyyə qəzəbləndi.+ O, kahinlərə qəzəblənən vaxt Yehovanın məbədindəki buxur qurbangahının yanında, kahinlərin önündə onun alnında cüzam+ çıxdı. 20  Böyük kahin Əzriya və o biri kahinlər Üziyyəyə baxanda gördülər ki, onun alnında cüzam çıxıb. Tez onu bayıra çıxarmağa tələsdilər. O özü də çıxmağa tələsdi, çünki Yehovanın qəzəbinə tuş gəlmişdi. 21  Üziyyə padşah ömrünün axırınadək cüzamlı qaldı. O, cüzamlı olduğu üçün ayrı evdə yaşayırdı.+ Onu Yehovanın evindən uzaqlaşdırmışdılar. Oğlu Yutəm sarayı idarə edir, xalqa hakimlik edirdi.+ 22  Üziyyənin qalan işləri, ilk işlərindən son işlərinə qədər hamısını Amuz oğlu Əşiya peyğəmbər+ yazıb. 23  Üziyyə ata-babalarına qovuşdu. Onu ata-babalarının yanında dəfn etdilər. Amma cüzamlı olduğu üçün onu padşah qəbiristanlığından kənardakı torpaq sahəsində dəfn etdilər. Oğlu Yutəm onun yerinə taxta çıxdı.+

Haşiyələr

2Pd 14:21 ayəsində Əzriya.