İkinci Salnamələr 30:1—27

  • Hizqiyyə Pasxanı qeyd edir (1—27)

30  Hizqiyyə bütün İsrail+ və Yəhudaya xəbər göndərdi, Əfraimlə Mənəssəyə+ namə də göndərdi ki, hamı İsrailin Allahı Yehovanın şərəfinə Pasxanı qeyd etmək üçün Yerusəlimə, Yehovanın evinə gəlsin.+  Lakin padşah, əyanlar və bütün Yerusəlimdəki icma Pasxanı ikinci ayda+ qeyd etməyə qərar verdilər.  Çünki yetərincə kahin özünü paklamadığından+ və camaat Yerusəlimə toplaşmadığından bayramı vaxtında+ keçirə bilməmişdilər.  Bu fikir padşaha və bütün icmaya məqbul göründü.  Beləcə, qərara gəldilər ki, Biir-Səbadan Dana+ qədər bütün İsraildə car çəkib xalqı Yerusəlimə, İsrailin Allahı Yehovanın şərəfinə Pasxanı qeyd etməyə dəvət etsinlər. Çünki bir icma kimi yazılana uyğun olaraq Pasxanı qeyd etməmişdilər.+  Padşahın əmr etdiyi kimi, qasidlər padşahla əyanların yazdığı namələrlə bütün İsrail və Yəhudanı dolaşdılar və car çəkdilər: «Ey İsrail xalqı, İbrahimin, İshaqın, İsrailin Allahı Yehovaya dönün. Dönün ki, O da Aşşur padşahlarının+ əlindən qurtulub sağ qalmış adamlara tərəf dönsün.  Əcdadlarınızın Allahı Yehovaya xəyanət edən ata-babalarınız, qardaşlarınız kimi olmayın. Allah onları dəhşət rəmzi etdi. Buna özünüz də şahidsiniz.+  Ata-babalarınız kimi tərs olmayın.+ Yehovaya tabe olun, Onun həmişəlik pak etdiyi müqəddəs məkanına gəlin,+ Allahınız Yehovaya qulluq edin. Belə etsəniz, Onun sizə qarşı alovlanan qəzəbi sönər.+  Əgər Yehovaya dönsəniz, qardaşlarınızı, oğullarınızı əsir aparanlar rəhmə gəlib+ onları bu ölkəyə qaytaracaq.+ Çünki Allahınız Yehova rəhmli və mərhəmətlidir.+ Ona dönsəniz, sizdən üz döndərməyəcək».+ 10  Qasidlər bütün Əfraim, Mənəssə torpağını,+ Zəbuluna qədər ölkəni şəhərbəşəhər dolaşdılar. Xalq isə onları ələ salıb gülürdü.+ 11  Lakin Aşir, Mənəssə və Zəbulun qəbiləsindən bəzi adamlar qürurlarını sındırıb Yerusəlimə gəldilər.+ 12  Allahın lütfü sayəsində Yəhuda camaatı da həmrəy olub padşahla əyanların Yehovanın sözü ilə verdiyi əmri yerinə yetirdilər. 13  İkinci ayda+ Mayasız çörək bayramını+ qeyd etmək üçün çoxlu sayda insan Yerusəlimə toplaşdı. Bayrama gələnlərin sayı-hesabı yox idi. 14  Onlar Yerusəlimdəki bütün qurbangahları,+ buxur qurbangahlarını+ götürüb Qidron vadisinə atdılar. 15  İkinci ayın on dördüncü günündə Pasxa qurbanı kəsdilər. Kahinlərlə lavililər utanıb özlərini pak etdilər və Yehovanın evinə yandırma qurbanları gətirdilər. 16  Onlar Allahın qulu Musanın Qanununa uyğun olaraq, yerlərini tutdular. Sonra kahinlər lavililərin verdiyi qanı qurbangahın üstünə çilədilər.+ 17  Camaatın içində çoxları özünü pak etməmişdi. Buna görə də lavililərə bu adamlar üçün Pasxa qurbanı kəsib onları Yehovanın önündə pak etmək tapşırılmışdı.+ 18  Xalqın böyük bir hissəsi, xüsusilə də Əfraim, Mənəssə,+ Yəsakir və Zəbulun qəbilələrindən olanlar paklanmamışdılar. Bununla belə, qanuna zidd olaraq, Pasxa qurbanından onlar da yedilər. Hizqiyyə onlar üçün dua edib dedi: «Qoy mehriban Allah Yehova+ onları əfv etsin. 19  Müqəddəslik qaydalarına+ əməl etməyib paklanmasa da, ürəyində Allahı, ata-babalarının Allahı Yehovanı axtarmağı qət edən*+ hər kəsi bağışlasın». 20  Yehova Hizqiyyənin duasını qəbul etdi və xalqı bağışladı. 21  Yerusəlimə toplaşan israillilər yeddi gün şadyanalıqla+ Mayasız çörək bayramını+ qeyd etdilər. Lavililər və kahinlər hər gün Yehovanı mədh edir, musiqi alətlərini+ ucadan çalaraq Yehovanı ucaldırdılar. 22  Hizqiyyə Yehovanın önündə işini yaxşı görən lavililərlə danışıb onları ruhlandırdı. Xalq bayram günlərində, yeddi gün bayram yeməyi yedi,+ ünsiyyət qurbanları+ təqdim edib ata-babalarının Allahı Yehovaya şükürlər etdi. 23  Sonra bütün icma qərara gəldi ki, daha yeddi gün bayram keçirsinlər. Onlar yeddi gün də sevinc içində bayram keçirdilər.+ 24  Yəhuda padşahı Hizqiyyə icma üçün 1000 buğa, 7000 qoyun, əyanlar isə 1000 buğa, 10 000 qoyun verdi.+ Bu arada çoxlu sayda kahin paklandı.+ 25  Bütün Yəhuda icması, kahinlər, lavililər, İsraildən gələn camaat+, İsrail torpağından gələn və Yəhuda torpağında yaşayan yadellilər+ sevinib-şadlanırdı. 26  Yerusəlim böyük şənlik içində idi. İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə hələ belə bayram olmamışdı.+ 27  Axırda lavili kahinlər qalxıb xalqa xeyir-dua verdilər.+ Allah onların səsini eşitdi, duaları Onun müqəddəs məskəninə, göylərə çatdı.

Haşiyələr

Yaxud ürəyini... axtarmağa hazırlayan.