İkinci Salnamələr 5:1—14

  • Məbədin açılışına hazırlıq (1—14)

    • Əhd sandığı məbədə gətirilir (2—10)

5  Beləliklə, Süleyman Yehovanın evi ilə bağlı bütün işləri tamamladı.+ Sonra atası Davudun Allah üçün ayırıb qoyduğu əşyaları içəri gətirdi.+ Qızıl-gümüşü və əşyaları Allahın evinin xəzinəsinə qoydu.+  O zaman Süleyman İsrail ağsaqqallarını, bütün qəbilə başçılarını, İsrailin nəsil başçılarını topladı. Onlar Davud şəhərindən, yəni Siondan Yehovanın Əhd sandığını gətirmək üçün Yerusəlimə gəldilər.+  Yeddinci ayda keçirilən bayramda*+ bütün israillilər padşahın hüzurunda toplaşdılar.  Bütün İsrail ağsaqqalları gəldi. Lavililər sandığı qaldırdılar.+  Onlar sandığı, Hüzur çadırını,+ çadırdakı bütün müqəddəs əşyaları gətirdilər. Bütün bunları kahinlərlə lavililər daşıdılar.  Süleyman padşah və onun hüzuruna çağırılmış bütün İsrail icması sandığın önündə idi. Saya-hesaba gəlməyən miqdarda qoyun, qaramal qurban kəsildi.+  Kahinlər Yehovanın Əhd sandığını gətirib öz yerinə, məbədin iç otağına, Ən müqəddəs yerə, kərrubların qanadı altına qoydular.+  Kərrubların qanadları sandıq qoyulan yerin üstünə açılmışdı və kərrublar sandıqla şüvüllərin+ üstünü örtürdü.  Şüvüllər elə uzun idi ki, ucları iç otağın qabağındakı Müqəddəs yerdən görünürdü, ancaq bayırdan görünmürdü. Onlar bu günədək oradadırlar. 10  Sandıqda iki lövhədən+ başqa heç nə yox idi. Musa onları sandığa Huribdə, Yehova Misirdən çıxan israillilərlə əhd bağlayanda qoymuşdu.+ 11  Kahinlər Müqəddəs məkandan çıxdılar (mənsub olduqları bölükdən asılı olmayaraq,+ oradakı bütün kahinlər paklanmışdı+). 12  Asəf+, Himan+, Yaditun+, onların oğulları və qardaşları — məzmur oxuyan bütün lavililər+ zərif parçadan paltar geyinmiş, əllərində sinc, telli alətlər və çəng qurbangahın şərq tərəfində durmuşdular, onlarla birlikdə 120 kahin kərənay çalırdı.+ 13  Kərənayçılar və məzmur oxuyanlar bir ağızdan Yehovaya həmd-səna edirdilər. Onlar «O, kəramətlidir, məhəbbəti əbədidir»+ deyib Yehovanı mədh edəndə, kərənayın, çəngin, başqa alətlərin səsi göyə yüksələndə bulud məbədi, Yehovanın evini doldurdu.+ 14  Kahinlər buluda görə orada qalıb xidmət edə bilmədilər. Çünki Yehova Allahın evi Onun calalı ilə dolmuşdu.+

Haşiyələr

Çardaqlar bayramı.