Butrusun ikinci məktubu 3:1—18

  • Rişxəndçilər qarşıdan gələn məhvə inanmırlar (1—7)

  • Yehova gecikmir (8—10)

  • Siz necə insan olmalısınız (11—16)

    • Yeni göy və yeni yer (13)

  • Ehtiyatlı olun ki, yolunuzu azmayasınız (17, 18)

3  Əziz qardaşlarım, bu, sizə yazdığım ikinci məktubdur. Birinci məktubda olduğu kimi, sizə müəyyən şeyləri xatırlatmaq+ məqsədilə zehninizi oyatmağa çalışıram.  Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiklərini, həmçinin Ağamızın və Xilaskarımızın həvariləriniz vasitəsilə verdiyi əmrləri heç vaxt unutmayın.  Siz yaxşı bilirsiniz ki, axırzamanda kinayə ilə danışan rişxəndçilər peyda olacaq. Onlar istəklərinin yedəyində gedib+  deyəcəklər: «Bəs hanı onun vəd edilmiş hüzuru*?+ Axı dədə-babalarımız ölüm yuxusuna gedəndən bəri hər şey yaradılışdan ta indiyədək olduğu kimi durur».+  Onlar bu həqiqətə bilə-bilə göz bağlayırlar ki, qədim zamanlarda göy və suyun ortasında olub Allahın sözü ilə sudan çıxmış yer var idi.+  Bunların vasitəsilə o vaxt mövcud olan bəşər daşqın suları altında qalıb məhv olmuşdu.+  İndiki göylər və yer də həmin söz vasitəsilə allahsızların məhv ediləcəyi hökm gününün alovu üçün saxlanılır.+  Əzizlərim, siz isə bir şeyi nəzərdən qaçırmayın ki, Yehovanın gözündə bir gün min il kimi, min il isə bir gün kimidir.+  Yehova bəzilərinin düşündüyü kimi, Öz vədini yerinə yetirməyə gecikmir.+ Xeyr! O, sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin.+ 10  Yehovanın günü+ oğru kimi gələcək.+ O gün göylər sürətlə, gurultu ilə keçib gedəcək,+ göyün və yerin közərmiş ünsürləri əriyib töküləcək, yer və onun üzərində görülən işlər ifşa olunacaq.+ 11  Bütün bunlar belə məhv olacaqsa, görün siz müqəddəs yaşayış və möminlik baxımından necə insan olmalısınız, 12  Yehovanın gününü* bərk-bərk yadda saxlayıb gözləməlisiniz.+ O gün göylər alovlanıb məhv olacaq+ və ünsürlər şiddətli istidən əriyəcək! 13  Biz isə Onun vədinə görə yeni bir göy və yeni yer gözləyirik,+ orada salehlik məskunlaşacaq.+ 14  Buna görə də əzizlərim, bütün bunları gözləyərkən var gücünüzlə çalışın ki, Allah sizi axırda ləkəsiz, qüsursuz və sülh içində yaşayan tapsın.+ 15  Bundan əlavə, Rəbbin səbrini xilas üçün bir fürsət hesab edin. Əziz qardaşımız Bulus da ona bəxş edilmiş hikmətlə sizə bu barədə, 16  bütün məktublarında olduğu kimi, yazmışdır.+ Düzdür, onun məktublarında bəzi qəliz fikirlər vardır və cahil, səbatsız adamlar Müqəddəs Yazıların digər hissələrini təhrif etdikləri kimi, bunları da təhrif edib özlərini məhvə düçar edirlər. 17  Siz isə, əzizlərim, bütün bunları qabaqcadan bildiyiniz üçün özünüzü gözləyin ki, qanun tanımayan həmin adamların səhv yolu sizi azdırmasın və siz mətanətinizi itirməyəsiniz.+ 18  Əksinə, qoy sizdə Ağamız və Xilaskarımız olan İsa Məsihin lütfü və onun haqqındakı bilik daima artsın. Ona indi və əbədiyyət boyu alqış olsun! Amin.

Haşiyələr

Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.
Hərfən: gününün hüzurunu.