Həbquq 1:1—17
1 Həbquq* peyğəmbərə vəhydə nazil olan hökm.
2 Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm, Sənsə eşitməyəcəksən?+
Nə vaxtadək zülm əlindən dad edəcəyəm, Sənsə qurtarmayacaqsan?+
3 Niyə bu zülm-sitəmi götürürsən,
Niyə qoyursan gözlərim yamanlıq görsün?
Gözüm hey viranəlik, zorakılıq görür.
Çəkişmələrin, dava-dalaşın ardı-arası kəsilmir.
4 Buna görə qanun kəsərini itirib,Haqqa, ədalətə yer qalmayıb.
Şər adam salehi təkləyir,Buna görə haqq-ədalət əyilib.+
5 «Xalqlara baxın, diqqətlə baxın!
Heyrətlə baxın, mat qalın.Çünki sizin zəmanədə elə bir şey olacaq ki,Sizə danışsalar, inanmazsınız.+
6 Mən kəldaniləri,Özgə məskənləri zəbt etmək üçün+
Dünyanın ucqarlarına gedib çıxanO amansız və çılğın xalqı ayağa qaldırıram.+
7 Onlar qorxuncdur, dəhşətlidir.
Onlar öz ədalətini, öz hakimiyyətini* bərqərar edir.+
8 Onlar gecə ova çıxan canavardan azğındır,Atları bəbirdən çevikdir.+
Döyüş atları dördnala çapır,Atları uzaqlardan gəlir.
Onlar şikarın üstünə şığıyan qartaltək uçurlar.+
9 Hamısı zorakılıq məqsədilə gəlir.+
Birləşib irəli gedir, sanki, şərq küləyidirlər,+Əsirləri qum kimi toplayırlar.
10 Bu xalq padşahlara lağ edir,Əyan-əşrəfi məsxərəyə qoyur.+
Hər bir qalaya gülür,+Təpə düzəldib qalanı ələ keçirir.
11 Onlar yel kimi qabağa cumur, ölkəni yarıb keçirlər,Amma təqsirkar çıxacaqlar,+Çünki deyirlər, gücləri allahlarındandır*».+
12 Ey Yehova, axı Sən əzəldən varsan,+
Pərvərdigara, ey Müqəddəs Allahım, Sən ölməzsən*!+
Ey Yehova, Sən onları hökmünün icrası üçün ayırdın.Ey Qayam,+ Sən onları cəza verməyə təyin etdin.+
13 Sənin gözlərin o qədər safdır ki, pisliyə baxmazsan,Sən yamanlığı götürə bilmirsən.+
Bəs niyə xainlərə səbir edirsən?+Şər adam özündən yaxşısını udanda niyə susursan?+
14 Niyə insanı dənizdəki balıqlara,Başçısı olmayan sürünənlərə tay edirsən?
15 Düşmən* onları qarmaqla çəkir,
Tora salıb çəkir,Balıqçı toruna toplayır,
Sevinib-şadlanır.+
16 Buna görə toruna qurban kəsir,Balıqçı toruna qurban təqdim edir.Çünki bu torların sayəsində ona yağlı,Əla pay düşür.
17 Axı nə vaxtadək torunu doldurub-boşaldacaq*?
Nə vaxtadək xalqları amansızcasına qırıb-tökəcək?+
Haşiyələr
^ Təxmini mənası: hərarətlə qucaqlamaq.
^ Yaxud şərəfini.
^ Digər variant: çünki onların gücü allahlarıdır.
^ Digər variant: biz ölmərik.
^ Yəni kəldanilər.
^ Digər variant: qılıncını sıyıracaq.