Hakimlər 14:1—20

  • Hakim Şimşon filiştli qıza vurulur (1—4)

  • Şimşon şiri öldürür (5—9)

  • Şimşon toyunda tapmaca deyir (10—19)

  • Şimşonun arvadı başqasına verilir (20)

14  Şimşon Timnaha getdi. Orada bir filiştli qız gördü.  O, ata-anasının yanına qayıdıb dedi: «Gözüm Timnahda bir filiştli qızı tutub, onu mənə alın».  Ata-anası dedi: «Məgər qohumlarımızın arasından, elimizdən bir qız tapa bilmədin+ ki, gedib sünnətsiz filiştlilərdən qız alırsan?» Lakin Şimşon israr edib atasına dedi: «Onu mənə al. O, əsl mənə lazım olan adamdır».  Şimşonun ata-anası başa düşmürdü ki, bu iş Yehovadandır, çünki O, filiştliləri cəzalandırmaq üçün məqam gözləyirdi. Həmin vaxt İsrail filiştlilərin tabeliyində idi.+  Bir gün Şimşon ata-anası ilə Timnaha getdi. Timnahın üzüm bağlarının yaxınlığında gördü ki, bir şir nərildəyərək onun üstünə gəlir.  Yehovanın ruhu ona güc verdi+ və o, yalın əllə şiri oğlaq kimi şaqqalayıb iki yerə böldü. Amma valideynlərinə bu barədə heç nə demədi.  Sonra gedib qızla danışdı. Qız hələ də Şimşonun gözündə münasib idi.+  Bir müddət sonra qızı öz evinə gətirmək üçün Şimşon ora gedirdi.+ O, yolunu dəyişib şirin leşinə baxmağa getdi. Leşdə arı sürüsü və bal var idi.  O, balı sıyırıb ovucuna aldı və yeyə-yeyə ata-anasının yanına gəldi. Baldan onlara yeməyə verdi. Amma balı şirin leşindən yığdığını demədi. 10  Şimşonun atası qızı görməyə getdi. O özü isə orada ziyafət qurdu, çünki, adətən, cavanlar belə edirdilər. 11  Şimşon gələndə ona otuz nəfər sağdış-soldış qoşdular. 12  Onda Şimşon onlara dedi: «Gəlin sizə bir tapmaca deyim. Əgər ziyafətin yeddi günü ərzində tapmacanın açmasını tapıb mənə desəniz, sizə otuz kətan paltar və otuz dəst libas verəcəyəm. 13  Yox əgər tapmasanız, siz mənə otuz kətan paltar və otuz dəst libas verəcəksiniz». Onlar dedilər: «Buyur, tapmacanı de». 14  Şimşon onlara dedi: «Yeyəndən çıxdı yeməli şey,Güclüdən çıxdı şirin şey».+ Onlar üç gün tapmacanın cavabını tapa bilmədilər. 15  Dördüncü gün Şimşonun arvadına dedilər: «Bir fəndlə ərindən tapmacanın cavabını bizim üçün öyrən.+ Yoxsa səni də, atanın evini də yandıracağıq. Bizi bura soymaq üçün çağırmısınız?» 16  Qız Şimşonun qarşısında ağlayıb dedi: «Sən məni sevmirsən, məndən zəhlən gedir.+ Mənim xalqıma tapmaca söyləmisən, amma cavabını mənə demirsən». Şimşon ona cavab verdi: «Heç ata-anama deməmişəm, sənə deyəcəyəm?» 17  Qız ziyafətin yeddinci gününə qədər ağlayıb gözünün yaşını tökdü. Nəhayət yeddinci gün Şimşon cavabı ona dedi, çünki qız onun canını boğaza yığmışdı. Qız da gedib tapmacanın cavabını öz xalqına söylədi.+ 18  Yeddinci gün günəş batmazdan əvvəl* şəhərin kişiləri ona dedilər: «Baldan şirin nə var?Şirdən güclü nə var?»+ Şimşon cavab verdi: «Əgər mənim düyəmlə şumlamasaydınız,+Tapmacamın cavabını tapmazdınız». 19  Onda Yehovanın ruhu Şimşona güc verdi.+ O, Aşkelona+ getdi və oranın camaatından otuz nəfəri öldürüb paltarlarını götürdü. Libasları aparıb tapmacanın cavabını tapanlara verdi.+ Sonra hirsli-hirsli çıxıb atasının evinə getdi. 20  Şimşonun arvadını+ onun sağdış-soldışlarından birinə verdilər.+

Haşiyələr

Digər variant: yeddinci gün Şimşon gərdəyə girməzdən əvvəl.