Hakimlər 15:1—20

  • Şimşon filiştlilərdən intiqam alır (1—20)

15  Bir müddət sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadını görməyə getdi. O dedi: «Arvadımın yanına, gərdəyə girmək istəyirəm». Lakin qayınatası onu içəri buraxmayıb  dedi: «Elə bildim, qızdan zəhlən gedir,+ buna görə onu sənin sağdışına verdim.+ Bax, kiçik bacısı ondan da qəşəngdir. Onun yerinə bunu al».  Onda Şimşon dedi: «İndi filiştlilərin başına bir oyun açım ki! Daha məni heç kim günahlandıra bilməz!»  Şimşon gedib 300 tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağlayıb quyruqların arasına məşəl qoydu.  Sonra məşəlləri odlayıb tülküləri filiştlilərin zəmilərinə buraxdı. Beləcə, dərzləri, zəmiləri, üzümlükləri və zeytun bağlarını yandırdı.  Filiştlilər: «Bunu kim eləyib?» — deyə soruşdular. Dedilər: «Bunu timnahlının kürəkəni Şimşon edib, çünki o, Şimşonun arvadını götürüb sağdışına verib».+ Filiştlilər gedib qızı və atasını yandırdılar.+  Şimşon onlara dedi: «İndi ki belə elədiniz, sizdən intiqam almamış ürəyim sakitləşməyəcək».+  O aman vermədən onları qırıb bir-bir yerə sərdi. Sonra enib Etam qayasındakı oyuqda qaldı.  Bundan sonra filiştlilər gəlib Yəhudada düşərgə saldılar və Lehidə+ soyğunçuluq eləməyə başladılar. 10  Yəhudalılar dedilər: «Bizdən nə istəyirsiniz?» Onlar: «Biz gəlmişik ki, Şimşonu tutaq və bizə etdiyini ona edək», — dedilər. 11  Onda 3000 yəhudalı Etam qayasındakı oyuğa gedib Şimşona dedi: «Məgər bilmirsən ki, filiştlilər üstümüzdə ağalıq eləyir?+ Bu nə işdir başımıza gətirmisən?» Şimşon onlara dedi: «Onların mənə etdiklərini öz başlarına gətirdim». 12  Yəhudalılar ona dedilər: «Biz gəlmişik səni tutub filiştlilərə verək». Onda Şimşon dedi: «And için ki, mənə heç nə etməyəcəksiniz». 13  Onlar dedilər: «Yox, sənə heç nə etməyəcəyik, təkcə əl-qolunu bağlayıb filiştlilərə verəcəyik». Onlar iki təzə kəndir götürüb onu sarıdılar və qayadan çıxartdılar. 14  Şimşonu Lehiyə gətirəndə filiştlilər onu görüb şadlıqlarından qıy çəkdilər. Onda Yehovanın ruhu Şimşona güc verdi+ və qollarındakı kəndirlər yanmış kətan ip kimi oldu, əllərinin buxovu açıldı.+ 15  O, təzə ölmüş bir eşşəyin çənə sümüyünü tapdı. Sümüyü əlinə alıb min nəfəri qırdı.+ 16  Sonra Şimşon dedi: «Eşşəyin çənə sümüyü ilə bir qalaq, iki qalaq! Eşşəyin çənə sümüyü ilə min nəfəri qırdım».+ 17  Şimşon bunu deyib qurtarandan sonra sümüyü tulladı və həmin yeri Ramat-Lehi*+ adlandırdı. 18  Sonra o, bərk susadı və Yehovanı çağırıb dedi: «Sən quluna möhtəşəm bir qələbə verdin. İndi susuzluqdan ölüb sünnətsizlərin əlinə düşəcəyəm?» 19  Allah Lehidə oyuq yardı və oradan su çıxdı.+ Şimşon içdi, özünə gəlib canlandı. Buna görə də o yerin adını Eyn-Haqqur* qoydu. O, bu günədək Lehidədir. 20  Şimşon filiştlilərin dövründə iyirmi il İsrailin hakimi oldu.+

Haşiyələr

Mənası: çənə sümüyü təpəsi.
Mənası: fəryad edənin çeşməsi.