Hakimlər 18:1—31
18 O günlərdə İsraildə padşah yox idi.+ Dan qəbiləsi+ özünə irs axtarırdı. Çünki onlar o vaxta qədər İsrail qəbilələri arasında irs almamışdılar.+
2 Danlılar öz aralarından, Sorah və Əştuldan+ beş cəsur adam seçib kəşfiyyata, ölkəni gözdən keçirməyə göndərdilər. Onlara tapşırdılar: «Gedin, ölkəni diqqətlə gözdən keçirin». Kəşfiyyatçılar Əfraim dağlıq bölgəsinə, Mikənin evinə gəldilər+ və orada gecələdilər.
3 Onlar Mikənin evinin yaxınlığında olanda gənc lavilinin səsini tanıdılar və onun yanına gəlib soruşdular: «Səni buraya kim gətirib? Burada nə edirsən? Nə işin var burada?»
4 O cavab verdi: «Mikə mənim üçün bunu-bunu edib. O, məni muzdla tutub ki, ona kahinlik edim».+
5 Onda onlar dedilər: «Xahiş edirik, Allahdan yolumuzun uğurlu olub-olmayacağını soruş».
6 Kahin onlara dedi: «Salamat gedin, yolunuz boyu Yehovanın nəzəri üstünüzdə olacaq».
7 Bu beş nəfər yoluna davam edib Layişə+ gəldi. Onlar gördülər ki, buranın camaatı sidonlular kimi asudə və arxayın yaşayır. Onlar dinc və qayğısız adamlardı,+ ölkəyə dəyib-dolaşan bir istilaçı yox idi. Onlar sidonlulardan uzaqda yaşayırdılar və heç kimlə əlaqələri yox idi.
8 Kəşfiyyatçılar öz soydaşlarının* yanına, Sorah və Əştula+ qayıdanda soydaşları soruşdular: «Nə öyrənə bildiniz?»
9 Onlar cavab verdilər: «Onların torpağını gördük, çox gözəldir. Qalxın, onların üstünə gedək. Nə durmusunuz, tez olun, gedək onların torpağını alaq.
10 Ora gələndə qayğısız bir xalq+ və ucsuz-bucaqsız bir torpaq görəcəksiniz. Allah oranı sizə verib. Orada dünyanın bütün naz-neməti var».+
11 Onda Dan qəbiləsindən 600 nəfər adam silahlanıb Sorah və Əştuldan+ yola düşdü.
12 Onlar Yəhudaya qalxıb Kiryat-Yarimin+ yaxınlığında düşərgə saldılar. Buna görə də o yer indiyədək Mahane-Dan*+ adlanır və Kiryat-Yarimdən qərbdə yerləşir.
13 Onlar oradan Əfraim dağlıq bölgəsinə, Mikənin evinə getdilər.+
14 Sonra Layişə kəşfiyyata getmiş beş nəfər+ soydaşlarına dedi: «Xəbəriniz var ki, bu evlərdə döşlük, ev bütləri, həmçinin başqa bütlər var?+ İndi görün nə edirsiniz».
15 Onlar orada dayanıb Mikənin evinin yanında yaşayan cavan lavilinin+ evinə girdilər və ondan hal-əhval tutdular.
16 Əli silahlı 600 danlı kişi+ isə darvazanın ağzında durmuşdu.
17 Kəşfiyyata getmiş beş nəfər+ döşlüyü+, ev bütlərini+ və o biri bütləri+ götürmək üçün evə girdi. (Kahin+ əli silahlı 600 nəfərlə birgə darvazanın ağzında idi.)
18 Onlar Mikənin evinə girib oyma bütü, döşlüyü, ev bütlərini və tökmə bütü götürdülər. Onda kahin soruşdu: «Nə edirsiniz?»
19 Onlar dedilər: «Sus, səsini çıxartma. Bizimlə gəl, bizə nəsihətçi və kahin ol. Səninçün bir adama kahinlik etmək yaxşıdır,+ yoxsa İsrailin bütöv bir qəbiləsinə, bütöv bir nəslinə?»+
20 Bu sözlər kahinin ürəyindən oldu. O, döşlüyü, ev bütlərini və oyma bütü+ götürüb onlarla getdi.
21 Onlar uşaqlarını, mal-qaranı və gərəkli əşyalarını qabaqlarına salıb yola düşdülər.
22 Mikənin evindən təzəcə aralanmışdılar ki, Mikənin qonum-qonşuları gəlib onları haqladı.
23 Onlar danlı kişiləri səslədilər. Danlılar dönüb Mikədən soruşdular: «Nə olub? Nə yığışıb gəlmisiniz?»
24 Mikə dedi: «Siz mənim bütlərimi, kahinimi götürüb aparmısınız. Bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, nə olub?»
25 Danlı kişilər ona dedilər: «Çığır-bağır salma! Yoxsa bu dəliqanlı adamlar üstünüzə cumub səni də, ev əhlini də məhv edərlər».
26 Danlılar yollarına davam etdilər. Mikə də onların ondan güclü olduğunu görüb evinə qayıtdı.
27 Danlılar Mikənin düzəltdiyi şeyləri və kahini götürüb Layişə,+ dinc və qayğısız yaşayan xalqın üstünə getdilər.+ Onları qılıncdan keçirib şəhərə od vurdular.
28 Onların dadına yetişən olmadı, çünki şəhər Sidondan aralıda idi və sakinlərinin heç kəslə əlaqəsi yox idi. Bu şəhər Beyt-Rəhub+ yaxınlığındakı dərədə yerləşirdi. Danlılar şəhəri bərpa edib orada məskunlaşdılar.
29 Onlar şəhərin adını dəyişib öz əcdadlarının, İsrail oğlu Danın+ şərəfinə Dan qoydular.+ Şəhərin köhnə adı isə Layiş idi.+
30 Sonra danlılar oyma bütü+ orada özləri üçün qoydular. Musa oğlu Hirsəmin+ oğlu Yonatan+ və onun oğulları ölkə əhalisi sürgün edilənə qədər Dan qəbiləsinə kahinlik etdilər.
31 Allahın evinin Şiloda+ olduğu bütün vaxt ərzində Mikənin düzəltdiyi oyma büt orada qaldı.