Huşə 1:1—11
1 Yəhuda padşahları+ Üziyyə+, Yutəm+, Əhəz+, Hizqiyyə+ və İsrail padşahı Yuəş+ oğlu Ərubamın+ dövründə Biiri oğlu Huşəyə* Yehovanın sözü nazil oldu.
2 Yehova Huşə vasitəsilə sözünü bildirdi. Yehova sözünə belə başladı: «Get özünə bir arvad al. O, zinakar olacaq və sənə bic övladlar doğacaq. Çünki ölkə camaatı Yehovaya+ xəyanət etməklə zinakarlıq edir».
3 Huşə gedib Diblayimin qızı Gümərlə evləndi. O hamilə qalıb ona bir oğul doğdu.
4 Yehova Huşəyə dedi: «Onun adını Yizrail* qoy, çünki Mən tezliklə Yizraildə tökdüyü qana görə Yəhu+ evi ilə haqq-hesab çəkəcəyəm və İsrail evinin taxt-tacına son qoyacağam.+
5 O gün Yizrail dərəsində İsrailin kamanını qıracağam».
6 Gümər yenə hamilə qaldı və bir qız doğdu. Onda Allah Huşəyə dedi: «Qızın adını Lərəhimə* qoy, çünki Mən daha İsrail evinə mərhəmət göstərməyəcəyəm.+ Onları sürgün edəcəyəm.+
7 Yəhuda+ evinə isə mərhəmət göstərəcəyəm. Onları ox-kaman, qılınc, müharibə, at və atlıların gücü ilə yox,+ onların Allahı Yehovanın gücü ilə xilas edəcəyəm».+
8 Gümər Lərəhiməni döşdən ayırandan sonra yenə hamilə qalıb bir oğlan doğdu.
9 Allah dedi: «Onun adını Ləümmət* qoy, çünki siz xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.
10 İsrail oğulları ölçüyə, saya-hesaba gəlməyən dəniz qumu kimi olacaq.+ Harada ki onlara “xalqım deyilsiniz”+ deyilmişdi, orada onlara “var olan Allahın oğulları” deyiləcək.+
11 Yəhuda və İsrail camaatı birləşib cəm olacaq+ və özlərinə vahid bir başçı seçib ölkədən çıxacaqlar. Çünki Yizrail+ günü möhtəşəm bir gün olacaq.
Haşiyələr
^ Huşə Yahın xilas etdiyi, Yah xilas etdi mənasını verən Huşiyyə adının qısa formasıdır.
^ Mənası: Allah toxum səpəcək.
^ Mənası: mərhəmət görməyən.
^ Mənası: xalqım olmayan.