Huşə 10:1—15

  • Cırlaşmış meynə, İsrail məhv ediləcək (1—15)

10  «İsrail cırlaşmış* meynədir, bar gətirir.+ Barı çoxaldıqca qurbangahlarının sayı da çoxalır.+Torpağı bəhərli olduqca dik daşları* da təmtəraqlı olur.+   Onların ürəyi riyakardır,Onlar təqsirkar çıxacaq. Qurbangahlarını dağıdacaq, dik daşlarını yıxacaq biri var.   Onlar deyəcəklər: “Padşahımız yoxdur,+ çünki biz Yehovadan qorxmadıq. Lap padşahımız olsa da, bizim üçün nə edə bilərdi?”   Onlar boş sözlər danışır, yalandan and içir+ və əhdlər bağlayırlar.Haqsızlıq şumlanmış sahədə bitən zəhərli bitki kimi boy atır.+   Səməriyyə əhli Beyt-Avenin dana bütündən ötrü qorxuya düşəcək,+ Xalqı onun üçün yas tutacaq,Onun şah-şöhrətinə sevinən kahinləri də ağlayacaq,Çünki o, sürgünə göndəriləcək.   Onu Aşşura, böyük padşaha hədiyyə aparacaqlar.+ Əfraim rəzil olacaq,İsrail tökdüyü tədbirlərə görə rüsvay olacaq.+   Səməriyyə və onun padşahıSu üzərində üzən sınmış budaq kimi yox olacaq.+   İsrailin günahı+ — Beyt-Aven+ səcdəgahları* məhv ediləcək.+ Qurbangahlarını tikan-qanqal basacaq.+ O zaman xalq dağlara: “Bizi örtün!”, Təpələrə: “Üstümüzə aşın!” — deyəcək.+   Ey İsrail, Gibahın vaxtından bəri günah edirsən.+ Onlar heç dəyişməyiblər. Gibahdakı dava bu şər oğullarının kökünü kəsmədi. 10  İstədiyim vaxt onları cəzalandıracağam. Özlərinin iki günahının boyunduruğu altına düşəndəXalqlar onların üstünə qalxacaq. 11  Əfraim xırman döyməyi sevən öyrədilmiş düyə idi,Lakin Mən onun zərif boynuna qıymadım. İndi isə Əfraimin belinə adam mindirəcəyəm.+ Yəhuda yer şumlayacaq, Yaqub xışa qoşulacaq. 12  Özünüz üçün salehlik toxumları əkin, lütf biçin. Yehovaya sarı qayıtmaq üçün hələ vaxt var ikən,+O gəlib sizə salehliyi öyrədənə qədər+Əkin sahəsini şumlayın.+ 13  Siz isə pislik şumladınız,Şər biçdiniz.+Hiylə bəhrəsi yediniz.Çünki tutduğunuz yola,İgidlərinizin çoxluğuna arxalandınız. 14  Xalqınıza qarşı hay-küy qalxacaq,İstehkamlı şəhərlərinizin hamısı darmadağın olacaq,+Necə ki Səlman Ərbil evini talan etdi,Döyüş günü analar uşaqları ilə birgə qana qəltan edildi. 15  Ey Beytel əhli, olmazın pisliyiniz ucbatından bu sizin də başınıza gələcək,+ Dan ağaranda İsrailin padşahı məhv ediləcək».+

Haşiyələr

Digər variant: şaxələnən.
Bu daşlar bütpərəstlikdə sitayiş məqsədilə istifadə olunurdu.
Hərfən: yüksəklikləri.