Huşə 11:1—12
11 «İsrail uşaq ikən onu sevdim,+Oğlumu Misirdən çağırdım.+
2 İsraili hey çağırdılar*,O isə hey uzaqlaşdı.+
Baal bütlərinə qurban gətirdi,+Oyma bütlərə qurban təqdim etdi.+
3 Halbuki Əfraimə yeriməyi Mən öyrətdim,+ onu qucağıma aldım.+O başa düşmədi ki, ona şəfa verən Mən idim.
4 Mən onu xeyirxahlıqla, məhəbbətlə* yönəltdim.+Mən onun boynundan* boyunduruğu çıxartdım,Hər birinə şəfqətlə yemək gətirdim.
5 O, Misirə qayıtmayacaq, ancaq onun padşahı Aşşur olacaq,+Çünki Mənə sarı dönmək istəmədi.+
6 Fitnələrinə görə şəhərlərinə qarşı qılınc oynadacaqlar,+Qapı rəzələrini sındıracaqlar, onları yeyib-aşıracaqlar.+
7 Mənim xalqım Mənə xəyanət etməyə meyillidir.+
Onu ali olana* çağırdılar, amma ayağa qalxan yoxdur.
8 Ey Əfraim, sənə necə qıyım?+
Ey İsrail, səni necə əldən verim?
Admaya etdiyimi sənə rəva görərəmmi?
Səbuyimə etdiyimi sənə edərəmmi?+
Qəlbimdə duyğular dəyişib,Ürəyimdə şəfqət oyanıb.+
9 Kükrəyən qəzəbimi tökməyəcəyəm.
Yenidən Əfraimi yıxmayacağam.+Axı Mən Allaham, insan deyiləm,Aranızda olan Müqəddəs Allaham.Üzərinizə qəzəblə gəlməyəcəyəm.
10 Onlar Yehovanın ardınca gedəcəklər və O, aslantək nərə çəkəcək.+O nərə çəkəndə oğulları qərbdən titrəyə-titrəyə gələcək.+
11 Misirdən quştək,Aşşur diyarından göyərçintək əsə-əsə gələcəklər.+Mən onları yurd-yuvalarında məskunlaşdıracağam», — bəyan edir Yehova.+
12 «Əfraim Məni yalanla,İsrail evi hiylə ilə əhatə edib.+
Ancaq Yəhuda hələ də Allahın yolu ilə gedir*,Müqəddəs Allaha sadiqdir».+
Haşiyələr
^ Yəni Allahın göndərdiyi peyğəmbərlər və başqaları İsrailə nəsihət verirdilər.
^ Hərfən: insan ipləri ilə, məhəbbət ipləri ilə. Burada balaca uşağa yeriməyi öyrədərkən istifadə edilən iplər nəzərdə tutulur.
^ Hərfən: çənəsindən.
^ Yəni ali dinə.
^ Yaxud Allahla yeriyir.