Huşə 13:1—16
13 «Əfraim danışanda xalq əsirdi.İsraildə onun nüfuzu var idi,+
Lakin Baala səcdə edib+ günaha batdı və öldü.
2 İndi günahı günaha calayır,Özünə gümüşdən tökmə bütlər düzəldir,+Bütləri məharətlə düzəldir; bütün bunlar sənətkar əlinin işidir.
Onlara deyir: “Qoy qurban gətirənlər danaları öpsünlər”.+
3 Buna görə o, səhər dumanı kimi olacaq,Tez yox olan şeh kimi,Tufanda xırmandan sovrulan saman kimi,Bacadan çıxan tüstü kimi olacaq.
4 Lakin Mən Yehova hələ Misir diyarından sənin Allahınam.+Məndən başqa Allah tanımırdın.Məndən başqa xilaskar yoxdur.+
5 Səhrada, quraq diyarda sənin qeydinə qalırdım.+
6 Onlar örüşlərində bəslənib doydular.+Doydular və qudurdular.
Məni unutdular.+
7 Mən onlar üçün gənc aslana dönəcəyəm,+Bəbirtək yollarının üstündə durub gözləyəcəyəm.
8 Balalarını itirmiş ayı kimi qarşılarına çıxacağam,Onların bağrını yaracağam.
Oradaca onları aslan kimi aşıracağam.Onları vəhşi heyvan parçalayacaq.
9 Ey İsrail, Səni məhv edəcəyəm,Çünki Mənə, öz yardımçına qarşı çıxdın.
10 Hanı sənin padşahın? Gəlsin səni bütün şəhərlərində qurtarsın.+Hanı barələrində:“Mənə padşah və başçılar ver”, — dediyin hakimlər?+
11 Padşahı sənə hirslə verdim,+Qəzəblə götürəcəyəm.+
12 Əfraimin təqsiri boğçaya bükülüb,Günahı qorunur.
13 O, doğuş sancısı çəkəcək.
O, ağılsız oğuldur,Doğulmaq vaxtı çatanda çıxmaq istəməyəcək.
14 Onları Məzarın* çəngindən qurtaracağam,Ölümdən geri alacağam.+
Ey ölüm, hanı neştərin?+
Ey Məzar, hanı məhv edən gücün?+
Yenə də mərhəmət göstərməyəcəyəm.
15 Qamışlar arasında çoxalsa da,Üzərinə səhradan qalxan şərq küləyi, Yehovanın küləyi gələcək,Onun quyusunu qurudacaq, bulağının suyunu kəsəcək.
Onun cavahirat dolu xəzinəsini talan edəcək.+
16 Səməriyyə təqsirkar çıxacaq,+ çünki öz Allahına qarşı qiyam etdi.+
O, qılıncdan öləcək.+Balaları qana qəltan olacaq,Hamilə qadınlarının qarnı yırtılacaq».