Huşə 4:1—19

  • Yehovanın İsraillə çəkdiyi haqq-hesab (1—8)

    • Məmləkətdə Allahı tanımırlar (1)

  • İsrailin bütpərəstliyi və pozğunluğu (9—19)

    • Yoldan çıxaran pozğunluq ruhu (12)

4  Ey İsrail xalqı, Yehovanın sözünü dinlə.Yehova bu diyarın sakinləri ilə haqq-hesab çəkəcək.+Çünki bu məmləkətdə nə həqiqət var, nə xeyirxahlıq, burada Allahı tanımırlar.+   Saxta and, yalan+, qatillik+,Oğurluq, zinakarlıq+ baş alıb gedir,Qan su yerinə axır.+   Buna görə diyar yas tutacaq,+Buranın sakinləri haldan düşəcək.Çöl heyvanları, göydəki quşlar,Hətta dənizdəki balıqlar tələf olacaq.   «Qoy heç kəs mübahisə etməsin, biri digərini danlamasın,+Çünki xalqın kahinlə söz güləşdirənlərə oxşayır.+   Sən günün günorta çağı büdrəyəcəksən,Gecə imiş kimi peyğəmbər də səninlə birgə büdrəyəcək. Sənin ananı məhv edəcəyəm.   Xalqım Məni tanımadığı üçün məhv olacaq. Madam ki sən biliyi rədd etdin,+Mən də səni bir kahinim kimi rədd edəcəyəm.Madam ki Allahının qanununu unutdun,+Mən də sənin övladlarını unudacağam.   Kahinlər çoxaldıqca, Mənə qarşı günahlarını da çoxaltdılar.+ Mən onların şərəfini bişərəfliyə çevirəcəyəm*.   Onlar xalqımın günahı ilə bəslənir,Onun cinayət etməsini arzulayırlar.   Kahinin başına gələn xalqın da başına gələcək,Tutduqları yola görə onlardan haqq-hesab soracağam,Əməllərinin əvəzini verəcəyəm.+ 10  Yeyəcəklər, lakin doymayacaqlar.+ Pozğunluq edəcəklər, lakin artmayacaqlar.+Çünki Yehovaya etina etmədilər. 11  Fahişəlik, mey və təzə şərabYaxşı niyyətləri məhv edir.+ 12  Mənim xalqım taxta bütlərinə müraciət edir,Əsalarının* sözü ilə oturub-dururlar.Çünki pozğunluq ruhu onları yoldan çıxarır,Pozğunluqlarına görə öz Allahlarına tabe olmurlar. 13  Dağların başında qurban kəsirlər,+Təpələrdə, palıd, ayıfındığı ağaclarının, hər iri ağacın altında+Qurban tüstüsü təqdim edirlər,Çünki onların gözəl kölgəsi var. Buna görə qızlarınız fahişəlik,Gəlinləriniz zina edir. 14  Mən qız-gəlinlərinizdən fahişəlik,Zina etdikləri üçün hesabat sormayacağam. Çünki kişiləriniz fahişələrlə xəlvətə çəkilir,Məbəd fahişələrilə birgə qurban gətirirlər.Bu cür düşüncəsiz xalq+ məhv olacaq. 15  Ey İsrail, sən pozğunluq eləyirsən elə,+Barı Yəhuda günah işləməsin.+ Gilqala+ getməyin, Beyt-Avenə+ qalxmayın,“Yehovaya and olsun!” — deyib and içməyin.+ 16  İsrail tərs inək kimi inad edir.+ Heç Yehova onları toğlu kimi geniş otlaqda otarar? 17  Əfraim bütlərdən yapışıb.+ Eybi yox! 18  Pivələri qurtarandaPozğunluğa qurşanırlar. Onların başçıları binamusluğu sevir.+ 19  Külək onu qanadları ilə sovuracaq.Qurbanlarından ötrü xəcalət çəkəcəklər».

Haşiyələr

Digər variant: Mənim şərəfimi bişərəfliyə dəyişdilər.
Falçı əsası.