Huşə 5:1—15

  • Əfraim və Yəhudaya hökm (1—15)

5  «Ey kahinlər, eşidin!+Ey İsrail evi, diqqətlə dinlə!Ey padşah evi, qulaq as!Bu hökm sizin barədədir.Çünki siz Mispahda bir tələ,Tabur+ üzərinə sərilmiş bir torsunuz.   Dönüklər çoxlu qan tökdü,Hərçənd Mən onların hamısını xəbərdar etmişdim.   Mən Əfraimi tanıyıram,İsrailə də bələdəm. Ey Əfraim, sən pozğunluq etdin,İsrail özünü murdarladı.+   Əməlləri qoymur ki, özlərinin Allahına tərəf dönsünlər,Çünki onların arasında pozğunluq ruhu var,+Yehovanı tanımaq istəmirlər.   İsrailin təkəbbürü özünə qarşı şəhadət edir.+İsrail və Əfraim öz günahları içində büdrəyir,Yəhuda da onlarla birgə büdrəyir.+   Onlar sürülərini, naxırlarını götürüb Yehovanı axtardılar,Amma tapmadılar. Çünki Yehova onlardan uzaqlaşıb.+   Onlar Yehovaya xəyanət etdilər,+Bic uşaq atası oldular. Bircə ayın içində mülkləri qarışıq onların axırına çıxacaqlar*.   Gibahda şeypur çalın,+ Ramada+ kərənay çalın! Beyt-Avendə+ döyüş harayı qaldırın! Ey Binyamin, ardınca gəlirik!   Ey Əfraim, hökm günündə müdhiş hala düşəcəksən.+ Mən İsrail qəbilələrinə nələr olacağını bildirmişəm. 10  Yəhuda bəyləri sərhədi dəyişənlərə bənzəyir.+ Hiddətimi su kimi onların üzərinə tökəcəyəm. 11  Əfraim zülm gördü, hökmə əsasən əzildi.Çünki düşməninin ardınca getməyə qərar verdi.+ 12  Mən əfraimlilərin canına güvə oldum,Yəhuda evi üçün kif oldum. 13  Əfraim xəstəlik tapanda, Yəhuda yara çıxaranda,Əfraim Aşşura+ getdi və böyük padşahın yanına qasid göndərdi. Lakin o, sizə şəfa verə bilmədi,Yaranızı sağalda bilmədi. 14  Mən Əfraim üçün gənc aslan,Yəhuda evi üçün güclü aslan olacağam. Onları parça-parça edib gedəcəyəm,+Onları aparacağam, əlimdən alan olmayacaq.+ 15  Məskənimə qayıdacağam, onlar günahlarının cəzasını çəkənə qədər orada qalacağam.Onda Məndən lütf diləyəcəklər.+ Dara düşəndə Məni axtaracaqlar».+

Haşiyələr

Digər variant: bir ay mülkləri qarışıq onların axırına çıxacaq.