Huşə 9:1—17

  • Allah Əfraimi rədd edir (1—17)

    • Özlərini rəzil bütə həsr etdilər (10)

9  «Sevinmə, ey İsrail!+Digər xalqlar kimi şadlanma! Fahişəliyinə görə Allahından uzaqlaşdın.+ Bütün xırmanlarda fahişə muzduna meyil saldın.+   Xırman və üzümsıxan onları doyurmayacaq,Təzə şərabları olmayacaq.+   Daha Yehovanın torpağında yaşamayacaqlar,+Əfraim Misirə qayıdacaq,Aşşurda haram şeylər yeyəcək.+   Artıq Yehovaya şərab təqdiməsi gətirməyəcəklər,+Qurbanları Ona xoş olmayacaq.+ Onlar yas yeməyinə bənzəyirlər.Ondan yeyənlər özlərini murdar edəcəklər. Çünki yeməkləri ancaq öz qarınları üçündür,O yeməklər Yehovanın evinə girməyəcək.   Bəs siz toplantı günündə,Yehovanın bayram günündə nə edəcəksiniz?   Onlar məhv əlindən qaçacaqlar.+ Misir onları toplayacaq,+ Memfis basdıracaq.+ Gümüş xəzinələri gicitkən kollarına nəsib olacaq,Çadırlarında tikan-qanqal bitəcək.   Cəza günləri gəlir,+Qisas günləri yetişir.Qoy İsrail bunu bilsin! Onların peyğəmbəri ağılsız, vəhy görəni dəli olacaq,Çünki günahın boldur və sənə qarşı ədavət çoxdur».   Əfraimin gözətçisi+ Allahımla birgə idi.+ Lakin indi peyğəmbərlərinin+ yolları quş ovlayanın toruna bənzəyir.Allahın evində ədavət aparırlar.   Gibahın vaxtında olduğu kimi, onlar azğınlaşıb başlarına məhv gətirdilər.+ O, onların təqsirini yada salacaq, günahlarına görə cəza verəcək.+ 10  «Mən İsraili səhrada üzüm tapantək tapdım.+ Ata-babalarınız gözümdə əncir ağacındakı nübar kimi idi. Amma onlar Faur Baalının yanına getdilər,+Özlərini bu rəzil bütə həsr etdilər.+Özləri də sevdikləri büt kimi iyrənc oldular. 11  Əfraimin calalı quş kimi uçub gedir.Nə doğum, nə hamiləlik, nə də mayalanma var.+ 12  Övladlarını boya-başa çatdırsalar da,Əllərindən alacağam, bir adam da qalmayacaq.+Mən onlardan üz çevirəcəyəm; vay onların halına!+ 13  Çəmənlikdə əkilmiş Əfraim gözümdə Sur+ kimi idi.Amma Əfraim öz oğullarını qırğına verəcək». 14  Ey Yehova, onlara nə verəcəksən, ver.Onlara uşaq saxlamayan bətn, südsüz döşlər ver. 15  «Onlar bütün pis əməllərini Gilqalda etdilər,+ orada onlara nifrət etdim. Şər əməllərinə görə onları evimdən qovacağam.+ Daha onları sevməyəcəyəm,+Bütün başçıları tərsdir. 16  Əfraim yerə vurulacaq.+ Onların kökü quruyacaq, bəhrə verməyəcək. Doğsalar da, bətnlərinin şirin bəhrəsini ölümün ağuşuna atacağam». 17  Allahım onları rədd edəcək,Çünki Ona qulaq asmadılar.+Onlar xalqlar arasında didərgin qalacaqlar.+

Haşiyələr