Mərsiyələr 4:1—22

  • Yerusəlimin mühasirəsinin dəhşətli nəticələri

    • Qıtlıq (4, 5, 9)

    • Qadınlar uşaqlarını bişirib yeyir (10)

    • Yehova qəzəbini töküb (11)

א [Alef] 4  Par-par yanan qızılın, saf altunun parıltısı necə də tutqunlaşdı!+ Müqəddəs daşlar+ küçələrə səpələndi.+ ב [Bet]   Sionun saf qızıl qədər dəyərli, əziz oğullarıDulusçu əlindən çıxanSaxsı küplərə tay tutuldu. ג [Qimel]   Çaqqal belə, balasını əmizdirir,Xalqım isə səhradakı dəvəquşu+ kimi zalımlaşıb.+ ד [Dalet]   Susuzluqdan südəmər körpələrin dili damağına yapışıb, Uşaqlar çörək üçün yalvarır,+ amma bir tikə də çörək verən yoxdur.+ ה [He]   Bir vaxtlar ləziz təamlarla bəslənənlər indi acından küçələrə sərilib.+ Al libaslar içində boya-başa çatanlar indi kül topalarına sarılıb.+ ו [Vav]   Xalqımın çəkdiyi cəza Sədumun günahına görə çəkdiyi cəzadan böyükdür.+Sədum bir an içində alt-üst olmuşdu, köməyinə çatan olmamışdı.+ ז [Zayn]   Sionun nəziriləri+ qardan təmiz, süddən ağ idi, Vücudları mərcandan qırmızı idi. Onlar cilalanmış göy yaquta bənzəyirdilər. ח [Xet]   İndi isə kömürdən də qaradırlar,Küçədə, bayırda tanınmaz olublar. Dəriləri sümüklərinə yapışıb,+ ağactək qupquru quruyub. ט [Tet]   Qılınca qurban gedənlər acından ölənlərdən xoşbəxtdir,+Yeməyə heç nə tapmadığı üçün canında can qalmayan, qırılan adamlardan bəxtiyardır! י [Yud] 10  Ürəyiyuxa analar öz əlləri ilə balalarını bişirdi.+ Xalqımın müsibətli günündə körpələr analara yas yeməyi oldu.+ כ [Kaf] 11  Yehova qəzəbini izhar edib,Qızğın qəzəbini töküb.+ Sionda od qalayıb. Od onun təməllərini yandırıb-yaxır.+ ל [Lamed] 12  Dünyanın padşahları, yerin sakinləri inanmazdı ki,Yağılar, düşmənlər Yerusəlim darvazasından içəri girər.+ מ [Mem] 13  Peyğəmbərlərin günahlarına görə, kahinlərin təqsirlərinə görə bu baş verdi.+Onlar şəhərin ortasında saleh adamların qanını tökürdülər.+ נ [Nun] 14  Küçələrdə kor kimi dolaşırlar.+ Qana bulaşıblar,+Paltarlarına heç kim toxuna bilmir. ס [Samex] 15  Qışqırıb onlara deyirlər: «Uzaq durun! Bizə toxunmayın! Murdarsınız! Rədd olun! Rədd olun!» Onlar evsiz-eşiksizdirlər, sərgərdan dolanırlar. Xalqlar deyirlər: «Onlar burada bizimlə qala bilməz.+ פ [Pe] 16  Yehova onları pərən-pərən salıb.+Bir də onlara lütf göstərməyəcək. Heç kim kahinlərə hörmət qoymayacaq,+ ağsaqqallara sayğı göstərməyəcək».+ ע [Ayn] 17  İndinin özündə də boş yerə kömək gözləyirik, gözləməkdən gözlərimizin kökü saralıb.+ Bizi qurtara bilməyən xalqdan kömək umduq, kömək gözlədik.+ צ [Tsade] 18  Hər addımımızı izləyirlər,+ meydanlarda gəzə bilmirik. Axırımız çatıb, ömrümüz bitib, sonumuz gəlib. ק [Kof] 19  Təqibçilər göydəki qartallardan itidir.+ Dağlarda bizi təqib etdilər, səhrada bizə pusqu qurdular. ר [Reyş] 20  Nəfəsimiz, Yehovanın məsh olunmuşu+ onların iri çalasında əsirdir.+Bizsə deyirdik: «Onun kölgəsi altında xalqlar arasında yaşayacağıq». ש [Sin] 21  Ey Uz diyarında yaşayan Ədum qızı,+ sevin, şadlan. Amma cam sənə də ötürüləcək,+ sən də sərxoş olub eyib yerlərini açacaqsan.+ ת [Tav] 22  Günahının cəzası bitdi, ey Sion qızı. O, bir də səni sürgünə aparmayacaq.+ Amma, ey Ədum qızı, Allah təqsirinə nəzər yetirəcək. Günahlarını aşkara çıxaracaq.+

Haşiyələr