Məsəllər 14:1—35

  • Ürək öz dərdini bilir (10)

  • Yol var ki, adama düz görünür (12)

  • Sadəlövh hər sözə inanar (15)

  • Varlı adamın dostu çox olar (20)

  • Sakit ürək canı sağlam edər (30)

14  Müdrik qadın evini tikər,+Axmaq qadın isə öz əlilə evini dağıdar.   Doğruluq yolunda yeriyən Yehovadan qorxur,Əyri yolun yolçusu isə Ona kəc baxır.   Axmağın sözləri təkəbbür dəyənəyidir,Hikmətlini isə dili qoruyar.   Mal-qara olmayanda axur tər-təmiz olur,Amma öküzün gücü ilə məhsul bol olar.   Etibarlı şahid yalan danışmaz,Yalançı şahidinsə nəfəsi yalanla gedib-gələr.+   Rişxəndçi hikməti hey soraqlar, tapmaz,Amma dərrakəli adamın yanına bilik özü gələr.+   Axmaq adamdan uzaq dur,Onun dilindən ağıllı söz eşitməzsən.+   Uzaqgörən tutduğu yolu hikmətilə dərk edər,Axmaq isə öz səfehliyilə aldanar*.+   Günah səfehləri əyləndirər,+Düz adamlar isə barışığa hazırdır. 10  Ürək öz dərdini bilir,Sevincini də özgələr duya bilməz. 11  Şər adamın evi dağılar,+Düz adamın isə çadırı abad olar. 12  Yol var ki, adama düz görünür,+Amma axırı ölümdür.+ 13  Hərdən güləndə də insanın qəlbi ağlar,Bəzən sevincin də sonu kədər olur. 14  Özbaşına adam əməllərinin nəticəsini biçər,+Yaxşı adam əməllərinin mükafatını alar.+ 15  Sadəlövh hər sözə inanar,Uzaqgörən hər addımını ölçüb-biçər.+ 16  Müdrik adam ehtiyatlıdır, şərdən qaçır,Axmaq isə başısoyuqdur, özündən razıdır. 17  Tez özündən çıxan ağılsızlıq edər,+Tədbirli* adamı da camaatın gözü götürməz. 18  Cahil axmaqlığı irs alar,Uzaqgörənin isə başına elmdən tac qoyular.+ 19  Pis adam yaxşının qabağında,Şər adam salehin qapısında əyiləcək. 20  Kasıbdan qonşularının da zəhləsi gedər,+Amma varlı adamın dostu çox olar.+ 21  Başqasına həqarət edən günah işləyir,Fəqirə rəhm edən bəxtiyardır.+ 22  Məgər fitnə quranın yolları dolaşmaz? Xoş məramlı insan məhəbbətə, sədaqətə qovuşar.+ 23  Hər zəhmətdə fayda var,Boş-boş söhbətlər isə insanı ehtiyaca salar.+ 24  Hikmətlinin tacı onun sərvətidir,Axmağın isə işi-gücü səfehlikdir.+ 25  Dürüst şahid canları qurtarar,Amma yalançının nəfəsi yalanla gedib-gələr. 26  Yehovadan qorxan tam arxayındır,+Onun övladları da pənah tapar.+ 27  Yehova xofu həyat çeşməsidir,İnsanı ölüm tələsindən uzaqlaşdırar. 28  Təbəəsinin çoxluğu padşahın əzəmətidir,+Təbəəsiz hökmdar isə süqut edər. 29  Özündən tez çıxmayan bəsirət sahibidir,+Hövsələsiz isə səfehliyini nümayiş etdirər.+ 30  Sakit ürək canı sağlam edər,Qısqanclıq sümükləri çürüdər.+ 31  Məzluma badalaq gələn onun Yaradanını təhqir edər,+Kasıba mərhəmət göstərən Yaradana şərəf gətirər.+ 32  Şər adamı öz pisliyi yıxar,Salehə isə kamilliyi sığınacaq olar.+ 33  Hikmət dərrakəli insanın ürəyində yuva salar,+Amma axmaqların arasında özünü zorla göstərər. 34  Salehlik xalqı ucaldar,+Günah isə eli xar edər. 35  Padşah ağıllı qulundan razı qalar,+Amma adbatıran qul onun qəzəbinə tuş gələr.+

Haşiyələr

Digər variant: axmaq isə başqalarını aldadar.
Yaxud düşüncəli.