Məsəllər 2:1—22

  • Hikmətin dəyəri (1—22)

    • Hikməti dəfinə kimi axtar (4)

    • Düşüncə adamı qoruyur (11)

    • Əxlaqsızlıq bəladır (16—19)

2  Oğlum, əgər sözlərimi qəbul etsən,Hökmlərimi qoruyub saxlasan,+   Qulağını hikmətə sarı açsan,+Qəlbini bəsirətə meyilləndirsən,+   Əgər dərrakəni çağırıb+Bəsirəti səsləsən,+   Onları gümüş kimi arasan,+Dəfinə kimi axtarsan,+   Onda Yehovadan qorxmağın nə olduğunu anlarsan,+Allahın elminə yetişərsən.+   Axı hikmət verən Yehovadır,+Elmlə bəsirət Onun dilindən çıxır.   Allah hikməti dürüst adamlar üçün qoruyur,O, kamillik yolu ilə gedənlərə qalxandır.+   Nəzəri haqqın yollarının üstündə olar,Sadiq bəndələrinin yolunu hifz edər.+   Beləcə, sən doğruluğu, haqq-ədaləti,Xeyrin bütün yollarını dərk edərsən.+ 10  Hikmət ürəyində qərar tutanda,+Bilik könlünə yatanda+ 11  Düşüncə səni qoruyar,+Bəsirət səni hifz edər. 12  Səni pis yoldan,Yalan danışanlardan,+ 13  Doğru yoldan azıbZülmətdə yeriyənlərdən,+ 14  Pis işlərdən xoşlanan,Şərdən, alçaq əməllərdən həzz alanlardan, 15  Əyri yolla gedənlərdən,Həyatını yalan üzərində quranlardan, 16  Pozğun arvaddan,Əxlaqsız qadının şirin dilindən qoruyar.+ 17  Bu qadın cavanlıq həmdəmini atmış,+Allahı ilə əhdini unutmuşdur. 18  Onun evi ölümə aparır,Cığırları ölüm dustaqlarının yanına gedir.+ 19  Onun yatağına girən geri qayıtmaz,Bir daha dirilərin yoluna dönməz.+ 20  Xülasə, yaxşıların yolu ilə get,Salehlərin yolunu tut,+ 21  Çünki yer üzündə düz adamlar yaşayacaq,Orada kamil adamlar qalacaq.+ 22  Pislərin isə kökü yer üzündən kəsiləcək,+Xainlər oradan qoparılıb atılacaq.+

Haşiyələr