Məsəllər 3:1—35

  • Müdrik ol və Yehovaya etibar et (1—12)

    • Sərvətinlə Yehovanı şərəfləndir (9)

  • Hikmət tapan xoşbəxtdir (13—18)

  • Hikmət dinclik gətirir (19—26)

  • İnsanlarla düzgün rəftar (27—35)

    • İnsanlara yaxşılıq etmək (27)

3  Oğlum, nəsihətimi* unutma,Hökmlərimi sidqi-ürəkdən tut.   Onlar sənin ömrünü, gününü uzadar,Həyatına rahatlıq gətirər.+   Xeyirxahlığı, sədaqəti əldən buraxma,+Onları boynuna sarı,Ürəyinin lövhəsinə yaz.+   Onda Allah da, bəndə də üzünə xoş baxar,+Anlayış sahibitək tanınarsan.   Bütün qəlbinlə Yehovaya etibar et,+Öz ağlına güvənmə.+   Hər işində Onu düşün,+O da yollarını rəvan edər.+   Öz gözündə ağıllı olma,+Yehovadan qorx, pislikdən çəkin.   Onda canın sağlam olar,Vücudun* təravətli.   Sərvətinlə, məhsulunun nübarilə+Yehovanı şərəfləndir.+ 10  Onda anbarların ağzınacan dolar,+Küplərin təzə şərabla aşıb-daşar. 11  Oğlum, Yehovanın tərbiyəsinə xor baxma,+Tənbehindən ikrah etmə.+ 12  Çünki ata əziz oğlunu,Yehova da sevdiyi kəsi tənbeh edər.+ 13  Xoşbəxt o kəsdir ki, hikmət tapıb,+O kəsdir ki, bəsirətə nail olub. 14  Hikmət qazanmaq gümüş qazanmaqdan yaxşıdır,Bu qazanc qızıldan sərfəlidir.+ 15  O, mərcanlardan qiymətlidir,Arzuladığın şeylərdən heç biri ona tay ola bilməz. 16  Sağ əlində uzun ömür,Sol əlində sərvət və şərəf var. 17  Yollarında səadət,Cığırlarında əmin-amanlıq var.+ 18  Hikmət ona bağlananlar üçün həyat ağacıdır,Ondan yapışanlar bəxtəvər adlanar.+ 19  Yehova yerin təməlini hikmətlə qurub,+Göyləri zəkası ilə bərqərar edib.+ 20  Elmi ilə əngin sular bölünüb,Göyün buludlarından şeh çilənib.+ 21  Oğlum, bunları nəzərindən qaçırma. Hikməti, düşüncəni qoru, 22  Onlar sənə həyat verər,Boğazına gözəl boyunbağı olar. 23  Asudə, rahat gəzərsən,Ayağın heç vaxt büdrəməz.+ 24  Yatanda qorxmazsan,+Yatağında şirin yuxuya gedərsən.+ 25  Qəfil bəlaya düşməkdən,Bədəməlləri haqlayan tufandan+ qorxmazsan.+ 26  Yehova sənə dayaq olar.+ Ayağını tələdən qoruyar.+ 27  Əlindən yaxşılıq gəlirsə,Ehtiyacı olan kəsdən əsirgəmə.+ 28  Əgər bu gün imkanın varsa, qonşuna: «Get, sonra gələrsən. Sabah verərəm», — demə. 29  Səndən arxayın yaşayan qonşunaFitnə qurma.+ 30  Sənə pisliyi dəyməyən adamlaNahaq yerə çəkişmə.+ 31  Qəddar adama həsəd aparma,+Onun yollarını tutma. 32  Yehova fitnəkardan ikrah edər,+Amma saleh adamla dostluq edər.+ 33  Yehovanın lənəti şər adamın evi üzərində olar,+Salehin evinə isə O, xeyir-bərəkət verər.+ 34  Rişxəndçilərə istehza edər,+Həlimlərə lütf göstərər.+ 35  Hikmətlilərin nəsibi şərəf olar,Axmaqlar rəzilliklə fəxr edər.+

Haşiyələr

Yaxud qanunumu.
Hərfən: sümüyün.