Məsəllər 31:1—31

  • LƏMUİL PADŞAHIN KƏLAMLARI (1—31)

    • Yaxşı arvadı kim tapar? (10)

    • İşli-güclü, zəhmətkeş (17)

    • Xeyirxahlıq qanunu dilindədir (26)

    • Övladları və əri onu təriflər (28)

    • Məlahət və gözəllik keçib gedəndir (30)

31  Ləmuil padşahın sözləri. Anasının öyüd verərək ona söylədiyi kəlamlar.+   Nə söyləyim sənə, oğul? Ey bətnimdən çıxan,Ey nəzir-niyazla tapdığım oğul!+   Gücünü qadınlara vermə,+Padşahları yıxan yolla getmə.+   Padşahlara yaraşmaz, ey Ləmuil,Şərab içmək padşahlara yaraşmaz. «Hanı içki?» — demək rəhbərə layiq deyil.+   Yoxsa içib fərmanı unudarlar,Fağırın haqqını tapdalayarlar.   İçkini məhv olanlara,+Şərabı dərdi olanlara ver.+   Qoy içib yoxsulluqlarını unutsunlar,Bir də dərdlərini yada salmasınlar.   Dilsiz-ağızsızların müdafiəsinə qalx,Məhv olanların haqqını qoru.+   Onların müdafiəsinə qalx, ədalətlə hökm et,Məzlumların, yoxsulların haqqını qoru.+ א [Alef] 10  Yaxşı arvadı kim tapar?+ O, ləl-cəvahiratdan da qiymətlidir. ב [Bet] 11  Ərinin ürəyi ondan arxayındır. Korluq nədir, bilməz. ג [Qimel] 12  O, ömrü boyuƏrinin qabağına şər yox, xeyir çıxarar. ד [Dalet] 13  Yun və kətan axtarıb tapar,Hər işə həvəslə əl atar.+ ה [He] 14  O, tacir gəmiləri kimidir,+Uzaqlardan azuqə gətirər. ו [Vav] 15  Alaqaranlıqda qalxar,Ailəsinə yemək hazırlar,Kənizlərinə də yemək paylar.+ ז [Zayn] 16  Tarlaya baxıb sonra alar,Əlinin zəhməti ilə üzümlük salar. ח [Xet] 17  İş görməyə hazırlaşır,+Qollarına qüvvət verir. ט [Tet] 18  Alış-verişinin xeyrini görər,Gecələr də çırağı sönməz. י [Yud] 19  Əlləri cəhrə əyirər,Mili ovcunda tutar.+ כ [Kaf] 20  Məzlumlar üçün əli açıqdır,Kasıba əl tutar.+ ל [Lamed] 21  Qar yağanda ailəsinə görə narahat olmaz,Çünki hamısının isti paltarı var. מ [Mem] 22  Çarpayısı üçün örtük toxuyar,Kətandan, bənövşəyi yundan libas geyinər. נ [Nun] 23  Əri ağsaqqallarla oturar,+Şəhər darvazasında yaxşı tanınar. ס [Samex] 24  Qadın kətandan paltar düzəldib satar,Tacirlərə qurşaqlar verər. ע [Ayn] 25  Gücə, əzəmətə bürünər,Sabaha görə ürəyi arxayın olar. פ [Pe] 26  Ağzını hikmətlə açar,+Xeyirxahlıq qanunu dilindədir. צ [Tsade] 27  Evindəki işlərə nəzarət edər,Müftə çörək yeməz.+ ק [Kof] 28  Övladları qalxıb onu alqışlar,Əri də onu təriflər: ר [Reyş] 29  Yaxşı qadınlar çoxdur,Amma sənin tayın-bərabərin yoxdur. ש [Şin] 30  Məlahət aldadıcıdır, gözəllik keçib gedəndir,+Yehovadan qorxan qadına isə alqış oxunar.+ ת [Tav] 31  Ona zəhmətinin mükafatını verin,+Qoy əməyi şəhər darvazasında onu ucaltsın.+

Haşiyələr