Məsəllər 4:1—27

  • Ata nəsihəti (1—27)

    • Ən əsası hikmətdir (7)

    • Şər yolla getmə (14, 15)

    • Salehlərin yolu getdikcə işıqlanır (18)

    • Ürəyini qoru (23)

4  Balalarım, ata tərbiyəsinə qulaq asın,+Dərrakəli olmaq üçün diqqətli olun.   Sizə gözəl nəsihət verərəm,Təlim-tərbiyəmi qulaqardına vurmayın.+   Mən atama əsl oğul olmuşam,+Anamın ciyərparəsi olmuşam.+   Atam nəsihət edərdi: «Sözlərimi ürəyində bərk-bərk saxla,+Hökmlərimi tut ki, ömrün uzun olsun.+   Hikmət qazan, dərrakə qazan.+ Sözlərimi unutma, onlardan kənara çıxma.   Hikməti atma, o, səni qoruyar. Onu sev, o, səni hifz edər.   Ən əsası hikmətdir,+ hikmət qazan. Nə qazanırsan qazan, amma dərrakə qazanmağı unutma.+   Hikməti uca tut, o da səni ucaldar.+ Ondan yapışsan, səni şərəfə çatdırar.+   Başına gözəl çələng qoyar,Səni zinət tacı ilə bəzəyər». 10  Qulaq as, oğlum, sözlərimi eşit,Onda ömrün uzun olar.+ 11  Səni hikmət yolu ilə apararam,+Doğruluq yollarında gəzdirərəm.+ 12  Gedərkən yolunda maneə olmaz,Yüyürəndə büdrəməzsən. 13  Tərbiyəni möhkəm tut, onu əldən vermə,+Qoru, çünki o, sənin həyatındır.+ 14  Şər adamların yoluna ayaq basma,Bədəməllərin yolu ilə getmə.+ 15  O yola yaxın getmə, çəkil,+Yolunu dəyiş, ondan yan keç.+ 16  Onlar pislik etməsələr, gözlərinə yuxu getməz,Kimisə yıxmasalar, yuxuları qaçar. 17  Onlar yamanlıq çörəyi yeyir,Zorakılıq şərabı içirlər. 18  Salehlərinsə yolu sübh şəfəqi kimidir,Gün günorta yerinə qalxdıqca daha da işıqlanır.+ 19  Şər adamların yolu zülmətdir. Bilmirlər nədən büdrəyirlər. 20  Oğlum, sözlərimə diqqətli ol,Dediklərimə qulaq ver. 21  Gözünü onlardan çəkmə,Onları qəlbinin dərinliklərində saxla.+ 22  Çünki onları tapan həyat tapır,+Cansağlığı tapır. 23  Hər şeydən çox ürəyini qoru,+Çünki həyat bulaqları ondan çıxır. 24  Saxta sözlərdən uzaq dur,+Fitnəkar sözləri özündən kənar elə. 25  Gözlərin düz qabağa baxsın,Nəzərin irəli zillənsin.+ 26  Yolunu hamar et*,+Bütün yolların dinc olar. 27  Sağa, sola dönmə,+Ayağını pislikdən çək.

Haşiyələr

Digər variant: addımlarını ölçüb-biç.