Məsəllər 7:1—27
7 Oğlum, qoy sözlərim qulağında qalsın,Əmrlərimi qoruyub saxla.+
2 Əmrlərimə bağlı qal ki, ömrün uzun olsun,+Nəsihətimi* göz bəbəyin kimi qoru.
3 Onları barmaqlarına sarı,Ürəyinin lövhəsinə köçür.+
4 Hikmətə: «Bacımsan», — de,Dərrakəyə: «Əqrəbamsan», — söylə.
5 Onda onlar səni pozğun qadından qoruyar,+Əxlaqsız qadından, onun şirin dilindən saxlar.+
6 Evimin pəncərəsindən,Şəbəkə arxasından aşağı baxıb
7 Naşı gənclərə tamaşa edirdim.
Onların arasında ağılsız bir cavan diqqətimi cəlb etdi.+
8 O, həmin qadının evinin tinindən keçirdi,Onun evinə tərəf gedirdi.
9 Qaş qaralır, axşam düşürdü,+Gecənin zülməti yaxınlaşırdı.
10 Baxıb gördüm ki, fahişə libaslı,+ ürəyi fənd-fellə doluBir qadın onun qabağına çıxdı.
11 O, hay-küyçüdür, həyasızdır,+Ayağı evə yığılmır.
12 Gah küçələrə, gah meydanlara çıxır,Hər tinin başında pusqu qurur.+
13 O, oğlanı tutub öpdü,Arsız-arsız dedi:
14 «Yandırma qurbanı kəsməli idim.+
Bu gün nəzirimi yerinə yetirdim.
15 Ona görə də pişvazına çıxdım,Səni axtarıb tapdım.
16 Çarpayıma zərif örtüklər,Əlvan Misir kətanı sərmişəm.+
17 Yatağıma mürr, əzvay, darçın səpmişəm.+
18 Gəl eşq badəsini sübhədək içək,Sevgi atəşi ilə alovlanaq.
19 Ərim evdə yoxdur,Uzaq səfərə çıxıb.
20 Pul kisəsini götürüb,Bir də ay bədirlənəndə qayıdacaq».
21 Qadın dil töküb cavanı tovladı,+Şirin dillə onu yoldan çıxartdı.
22 Cavan da kəsilməyə gedən buğa kimi,Kündəyə salınıb cəzalandırılan axmaq kimi, onun ardınca getdi.+
23 Axırda ciyərinə ox saplanacaq.
O, quş kimi tora düşməyə tələsir, bilmir ki, canı alınacaq.+
24 Ey oğullarım, sözlərimə qulaq verin,Dediklərimə diqqət kəsilin.
25 Məbada ürəyin o qadının yollarına meyil salsın,Məbada onun keçdiyi yola qədəm qoyasan.+
26 Çünki o, neçəsini məhv edib.+
Tələf etdiyi adamların sayı-hesabı yoxdur.+
27 Onun evi Məzara* aparır,Ölümün dərin otaqlarına gedib çıxır.