Məsəllər 9:1—18
9 Həqiqi hikmət evini tikib,Yeddi sütununu yonub.
2 Heyvanlarını kəsib,Şərabına ədva qatıb,Süfrəsini açıb.
3 Kənizlərini göndərib.
Şəhərin hündür yerlərində car çəkirlər:+
4 «Cahillər bura gəlsin».
O, ağılsıza belə deyir:
5 «Gəlin çörəyimdən yeyin,Tünd şərabımdan için.
6 Cəhaləti atın və yaşayın,+Dərrakə yolu ilə yeriyin».+
7 Rişxəndçiyə öyüd-nəsihət verən hörmətdən düşər,+Şər adamı danlayan yaralanar.
8 Rişxəndçini məzəmmət etmə, yoxsa səndən zəhləsi gedər,+Ağıllı adamı məzəmmət et, səni sevər.+
9 Ağıllı adama öyüd-nəsihət versən, hikməti artar.+
Salehə bilik versən, elmi çoxalar.
10 Yehovadan qorxmaqdır hikmətin başı,+Müqəddəs Allahın elmi+ dərrakə verir.
11 Çünki mənim sayəmdə ömrün uzanar,+İllərinin üstünə illər gələr.
12 Hikmətli olsan, xeyir taparsan,Rişxəndçilik etsən, zərərini özün çəkərsən.
13 Axmaq qadın hay-küy salar.+
O, cahildir, heç nə qanmır.
14 O, şəhərin hündür yerində,Evinin qapısında kətil qoyub oturur.+
15 Yoldan keçənləri çağırır,Öz yolu ilə gedənləri haylayır:
16 «Cahillər bura gəlsin».
Ağılsızlara deyir:+
17 «Oğurluq su şirin olar,Gizli yeyilən çörəyin başqa ləzzəti var».+
18 Amma onların xəbəri yoxdur ki, ölümün dustaqları oradadır.
Onun qonaqları Məzarın* dərinliklərindədir.+