Məttanın yazdığı müjdə 10:1—42

  • On iki həvari (1—4)

  • Təbliğ işi ilə bağlı göstərişlər (5—15)

  • Şagirdlər təqib olunacaq (16—25)

  • İnsanlardan yox, Allahdan qorxmaq lazımdır (26—31)

  • İsa sülh yox, qılınc gətirib (32—39)

  • İsanın şagirdlərini qəbul edənin mükafatı (40—42)

10  Sonra İsa on iki şagirdini çağırıb onlara murdar ruhların üzərində səlahiyyət verdi.+ Bunun sayəsində şagirdlər cinləri qova bilərdilər. İsa onlara həmçinin hər cür xəstəliyi və naxoşluğu sağaltmaq səlahiyyəti də verdi.  On iki həvari* bunlardır:+ birincisi Butrus* ləqəbli Şimon+ və qardaşı Andreas;+ Zəbədinin oğulları Yaqub və Yəhya;+  Filip və Bartolmay*;+ Tomas+ və vergiyığan Mətta*;+ Alfay oğlu Yaqub və Taday*;  Qeyrətli Şimon və sonradan İsaya xəyanət edən Yəhuda İskəryut.+  İsa bu on iki şagirdi yola saldı və onlara tapşırdı:+ «Başqa xalqların yanına aparan yola çıxmayın və Səməriyyə şəhərlərinə girməyin.+  Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin.+  Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin.+  Xəstələri sağaldın,+ ölüləri dirildin, cüzamlıları təmizləyin, cinləri qovun. Təmənnasız almısınız, təmənnasız da verin.  Kisənizə qızıl, gümüş və ya mis pul qoymayın.+ 10  Özünüzlə nə heybə, nə dəyişək köynək*, nə səndəl, nə də əsa götürməyin,+ çünki zəhmətkeş yemək yeməyə layiqdir.+ 11  Hansı şəhərə və ya kəndə girsəniz, layiqli adamları axtarın və başqa yerə gedənə qədər onlarda qalın.+ 12  Bir evə girəndə ev sakinlərini salamlayın. 13  Əgər o evdəkilər layiqli adamdırlarsa, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin,+ yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. 14  Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu çırpın*.+ 15  Əmin olun ki, Hökm günündə Sədum və Əmurə+ torpağının cəzası o şəhərinkindən yüngül olacaq. 16  Mən sizi canavarlar arasına quzu kimi göndərirəm, ona görə də ilan kimi ehtiyatlı, göyərçin kimi məsum olun.+ 17  İnsanlardan ehtiyat edin, çünki onlar sizi məhkəmələrə verəcək,+ sinaqoqlarında+ qamçılayacaqlar.+ 18  Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər.+ Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz.+ 19  Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz.+ 20  Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq.+ 21  Qardaş qardaşı, ata övladını ölümə verəcək. Uşaqlar valideynlərinə qarşı qalxacaq və onları ölümə verəcəklər.+ 22  Mənim adıma görə hamı sizə nifrət edəcək.+ Ancaq axıra kimi dözən xilas olacaq.+ 23  Sizi bir şəhərdə təqib edəndə o biri şəhərə qaçın.+ Bunu bilin ki, siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək. 24  Şagird ustadından, nökər ağasından üstün deyil.+ 25  Şagird ustadı kimi, nökər isə ağası kimi olsa, bəsidir.+ Əgər evin ağasını Beelzebub* adlandırıblarsa,+ məgər ev əhlini də belə adlandırmayacaqlar? 26  Buna görə də onlardan qorxmayın. Çünki elə bir gizli şey yoxdur ki, üstü açılmasın, elə bir sirr yoxdur ki, aşkar olmasın.+ 27  Sizə qaranlıqda dediyimi işıqda danışın, pıçıltı ilə deyilən sözləri evlərin damından vəz edin.+ 28  Bədəni öldürən, amma sizi gələcək həyatdan məhrum edə bilməyənlərdən qorxmayın,+ əksinə, sizi Hinnom vadisində* məhv etməyə qadir olandan qorxun.+ 29  Məgər iki sərçəni bir qara qəpiyə* satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür.+ 30  Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb. 31  Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz.+ 32  Kim insanların qarşısında məni tanıdığını etiraf etsə,+ mən də göydəki Atamın qarşısında onu tanıdığımı etiraf edəcəyəm.+ 33  Amma kim insanların qarşısında məni dansa, mən də göydəki Atamın qarşısında onu danacağam.+ 34  Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirməyə gəlmişəm.+ 35  Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm.+ 36  Bəli, insanın düşməni öz evindəkilər olacaq. 37  Atasını ya anasını məndən çox istəyən mənə layiq deyil, oğlunu ya qızını məndən çox istəyən mənə layiq deyil.+ 38  İşgəncə dirəyini* götürüb mənim ardımca gəlməyən mənə layiq deyil.+ 39  Canını ölümdən qurtaran onu itirəcək, amma canını mənim uğrumda itirən onu xilas edəcək.+ 40  Sizi qəbul edən məni də qəbul edir, məni qəbul edən isə məni göndərəni qəbul edir.+ 41  Kim peyğəmbəri onun peyğəmbər olduğu üçün qəbul edirsə, peyğəmbərə layiq mükafat alacaq,+ kim saleh adamı onun saleh olduğu üçün qəbul edirsə, salehə layiq mükafat alacaq və 42  kim bu kiçiklərdən birinə şagirdim olduğu üçün bir parç sərin su verirsə, inanın ki, mükafatsız qalmayacaq».+

Haşiyələr

Yun. apostolos. Mənası: göndərilmiş; elçi.
Butrus müxtəlif adlarla tanınır: Butrus ləqəbli Şimon (Mt 10:2); Şimon Butrus (Mt 16:16); Şəmun (Hv 15:14); Kifa (Yh 1:42); ən çox isə Butrus (Mt 14:28).
Yh 1:46 və 21:2 ayələrində Natanail.
Lk 5:27 ayəsində Lavi.
Lk 6:16 və Hv 1:13 ayələrində Yaqubun oğlu Yəhuda. Yh 14:22 ayəsində Yəhuda.
Hərfən: iki köynək.
Ayaqdan tozu çırpmaq məsuliyyətdən azad olmaq mənasını daşıyırdı.
Bu ad cinlərin hökmdarı və başçısı olan Şeytana aid işlənir.
Yun. assarion. Fəhlənin bir günlük əməkhaqqı olan dinarın on altıda biri dəyərində mis pul. B14 əlavəsinə bax.