Məttanın yazdığı müjdə 19:1—30

  • Evlilik və boşanma (1—9)

  • Subaylıq ənamı (10—12)

  • İsa uşaqlara xeyir-dua verir (13—15)

  • Varlı cavanın sualı (16—24)

  • Padşahlıq yolunda qurbanlar (25—30)

19  İsa bu sözləri deyəndən sonra Cəlilədən çıxdı və İordan çayının o tayına, Yəhudiyyə sərhədlərinə gəldi.+  Onun dalınca çoxlu adam getdi. İsa orada xəstələri sağaltdı.  Fərisilər İsanın yanına gəldilər və onu sınamaq üçün soruşdular: «Kişi hər səbəbə görə arvadını boşaya bilər?»+  İsa onlara cavab verdi: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb+  və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”?+  Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».+  Onlar İsaya dedilər: «Onda Musa nəyə görə arvada talaq kağızı verməyi buyurub onu boşamağa izin vermişdi?»+  İsa cavab verdi: «Musa inadkar olduğunuza görə arvadınızı boşamağa izin vermişdi,+ halbuki başlanğıcdan belə olmayıb.+  Bilin və agah olun, kim arvadını əxlaqsızlıq* etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir».+ 10  Şagirdlər ona dedilər: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» 11  İsa onlara dedi: «Bunu hər kəs bacarmaz, bunu yalnız ilahi ənamı olanlar bacarar.+ 12  Bəziləri bədənində anadangəlmə qüsur olduğu üçün evlənə bilmir, bəzilərini insanlar buna yararsız etmişlər *, amma elələri də var ki, səmavi Padşahlığa görə özləri evlənməkdən imtina edirlər *. Bu cür yaşamağı bacaran qoy bu cür yaşasın».+ 13  Sonra valideynlər uşaqlarını İsanın yanına gətirdilər. Onlar istəyirdilər ki, İsa uşaqlar üçün Allahdan xeyir-dua diləsin*. Şagirdlər isə onları danladılar.+ 14  Lakin İsa dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki səmavi Padşahlıq belələrinə məxsusdur».+ 15  İsa onlara xeyir-dua verib qurtarandan sonra oradan getdi. 16  Bir dəfə bir adam ona yaxınlaşıb dedi: «Ustad, əbədi həyatı almaq üçün mən hansı yaxşı işləri görməliyəm?»+ 17  İsa ona dedi: «Nəyin yaxşı olduğunu məndən niyə soruşursan? Yalnız bir yaxşı Varlıq var*.+ Əgər həyata qovuşmaq istəyirsənsə, əmrlərə daima riayət et».+ 18  O soruşdu: «Hansı əmrlərə?» İsa cavab verdi: «Adam öldürmə,+ zina etmə,+ oğurluq etmə,+ yalan şahidlik etmə,+ 19  atana və anana hörmət et,+ başqasını özünü sevdiyin kimi sev».+ 20  Cavan dedi: «Bütün bunlara əməl edirəm. Daha nə edim?» 21  İsa ona dedi: «Əgər kamil bəndə olmaq istəyirsənsə, get, nəyin varsa, hamısını sat, kasıblara payla. Onda göydə xəzinən olacaq.+ Sonra mənim ardımca gəl».+ 22  Cavan bunu eşidəndə kədərlənib getdi, çünki çox dövlətli idi.+ 23  Onda İsa şagirdlərinə dedi: «Bəli, varlı adam üçün səmavi Padşahlığa girmək çox müşkül olacaq.+ 24  Bunu bilin ki, dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+ 25  Şagirdlər bunu eşidəndə bərk təəccüblənib soruşdular: «Onda kim xilas ola bilər?»+ 26  İsa zənnlə onlara baxıb dedi: «Bu, insan üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür».+ 27  Butrus ona dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?»+ 28  İsa onlara dedi: «Əmin olun, hər şey yeniləşəndə və insan Oğlu öz şanlı taxtına oturanda mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsinə hakimlik edəcəksiniz.+ 29  Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyub gələn bundan yüzqat artığını alacaq və əbədi həyata qovuşacaq.+ 30  Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq.+

Haşiyələr

Yaxud bəzilərini insanlar xədim etmişlər.
Hərfən: özləri özlərini xədim ediblər.
Hərfən: İsa əllərini onların üstünə qoyub dua etsin.
Yəni nəyin yaxşı olduğunu müəyyən edən yalnız bir Varlıq var.