Mikə 5:1—15

  • Əzəməti ucqarlara çatan rəhbər (1—6)

    • Beytləhmdən rəhbər (2)

  • Sağ qalanlar şehə, şirə bənzəyəcək (7—9)

  • Torpaq təmizlənəcək (10—15)

5  Ey işğal olunmuş şəhər*,Sən özünü kəsib-yaralayırsan. Biz mühasirədəyik.+ İsrail hakiminin üzünə dəyənəklə vururlar.+   Sən, ey Beytləhm Əfrat,+Yəhuda şəhərlərinin ən kiçiyi,İsraildə iradəmi icra edəcək rəhbər səndən çıxacaq.+ Onun kökü çox qədimlərə, əzəl günlərə gedib çıxır.   Buna görə hamilə qadın doğana qədərO, onları təslim edəcək. Sonra rəhbərin sağ qalmış qardaşları İsrail xalqının yanına qayıdacaq.   O qalxacaq və Allahı Yehovanın qüdrəti ilə,Yehovanın uca adı ilə çobanlıq edəcək.+ Onlar asayişdə yaşayacaqlar,+O zaman onun əzəməti yerin ucqarlarınadək çatacaq.+   O, əmin-amanlıq gətirəcək.+ Aşşurlular yurdumuza basqın etsələr, qalalarımıza ayaq bassalar,+Onların qabağına yeddi çoban, lap səkkiz bəy çıxardarıq.   Onlar Aşşur ölkəsini,Nəmrud+ diyarının sərhədlərini qılıncla cəzalandıracaqlar.+ Aşşurlular yurdumuza basqın edəndə,+Torpaqlarımızı tapdalayanda o, bizi qurtaracaq.   Yaqubdan sağ qalanlar çoxlu xalqlar arasındaYehovadan gələn şeh kimi,Çöl-çəmənə yağan yağış kimi olacaq. Onlar ümidini insana bağlamır,Bəşər oğlundan asılı deyillər.   Yaqubdan sağ qalanlar xalqlar arasında,Çoxlu xalqlar içindəMeşə heyvanları arasındakı şirə bənzəyəcək. Qoyun sürüsü içinə girmiş,Sürünün içindən keçərək qoyunları qapıb parçalayan gənc aslan kimi olacaq,Onun ki, pəncəsindən qurtaran olmaz.   Sən yağılar üzərində qələbə çalacaqsan,Bütün düşmənlərin məhv olacaq». 10  Yehova bəyan edir: «O gün atlarını məhv edəcəyəm, arabalarını sındıracağam. 11  Ölkəndəki şəhərləri darmadağın edəcəyəm,Bütün istehkamlarını yerlə yeksan edəcəyəm. 12  Cadugərliyinə son qoyacağam,Artıq səndə sehrbaz olmayacaq.+ 13  Oyma bütlərini, dik daşlarını* sındıracağam,Daha əlinlə düzəltdiyinə səcdə qılmayacaqsan.+ 14  Səndəki Aşera bütlərini* yerindən qoparıb atacağam,+Şəhərlərini məhv edəcəyəm. 15  İtaətsiz xalqlardan qəzəblə,Hiddətlə qisas alacağam».

Haşiyələr

Hərfən: qız.
Bu daşlar bütpərəstlikdə sitayiş məqsədilə istifadə olunurdu.