Nəğmələr Nəğməsi 1:1—17

  • Nəğmələr nəğməsi (1)

  • Qız (2—7)

  • Yerusəlim qızları (8)

  • Padşah (9—11)

    • «Sənə qızıl həlqələr düzəldərik» (11)

  • Qız (12—14)

    • «Məhbubum ətirli mürr kisəsi kimidir» (13)

  • Çoban (15)

    • «Ah dilbərim, gözəlsən!»

  • Qız (16, 17)

    • «Ey məhbubum, nə gözəlsən» (16)

1  Süleymanın qoşduğu nəğmələr nəğməsi.+   «Qoy ləblərin məni öpsün,Çün nəvazişlərin şərabdan şirindir.+   Ətirinin qoxusu nə xoşdur,+ Adın başa tökülən ətirli yağ kimidir.+ Buna görə qızlar sənə aşiqdir.   Məni özünlə apar, gəl qaçaq. Padşah məni içəri otaqlarına gətirib! Gəl birgə sevinib-şadlanaq, Nəvazişlərini şərabdan çox vəsf edək. Axı qızlar sənə aşiq olmasın, neyləsin!   Ey Yerusəlim qızları, qara olsam da, qəşəngəm,Qədar+ çadırları kimi, Süleymanın çadırlarının+ qumaşı kimi.   Baxmayın rəngim belə qaradır,Məni günəş qaraldıb baxışlarıyla. Anamın oğulları mənə hirslənmişdilər,Məni üzüm bağlarına göz olmağa göndərmişdilər,Mənsə heç öz bağıma göz ola bilmədim.   Ey istəkli yarım,Söylə, sürünü harada otarırsan,+Günortalar haralarda yatırırsan? Söylə ki, yaslı qadınlartək yaşmaq vurubYoldaşlarının sürüləri arasında gəzməyim».   «Ey gözəllər gözəli, bilmirsənsə,Sürünün izi ilə get.Çəpişlərini çobanların çadırları yanında otar».   «Ey sevgilim, sən fironun arabalarına qoşulmuş madyana+ bənzəyirsən. 10  Yanaqların bəzəklər* arasında,Gərdənin boyunbağı içində nə gözəldir. 11  Sənə gümüşlə bəzənmişQızıl həlqələr düzəldərik». 12  «Padşah süfrə arxasında oturarkənƏtirimin+ qoxusu yayılır. 13  Məhbubum gecələr qoynumdakıƏtirli mürr+ kisəsi kimidir. 14  Məhbubum mənim üçünEyn-Gedi+ üzümlüklərində bir dəstə xınagülü+ kimidir». 15  «Ah dilbərim, gözəlsən! Gözəlsən, göyərçin gözlüsən!»+ 16  «Ey məhbubum, nə gözəlsən, nə qədər şirinsən!+ Yatağımız yaşıl çəməndir. 17  Evimizin dirəkləri sidrlər,Tirləri ardıc ağaclarıdır.

Haşiyələr

Digər variant: hörüklər.