Nəğmələr Nəğməsi 2:1—17
2 «Mən sahilboyu düzlərdə bitən adi zəfəran gülüyəm,Dərələrin zanbağıyam».+
2 «Qızlar içində sevgilimTikanlar içində zanbağa bənzər».
3 «Oğlanlar arasında məhbubumMeşə ağacları arasındakı alma ağacına bənzər.
Kölgəsində oturmaq mənə həzz verir,Meyvəsi damağımda şirindir.
4 O, məni ziyafət evinə* gətirdi,Məhəbbəti üzərimdə bayraq oldu.
5 Mən eşq xəstəsiyəm,Kişmişli kökə verin qüvvətlənim,+Alma verin cana gəlim.
6 Sol əli başımın altındadır,Sağ əli məni qucaqlayır.+
7 Ey Yerusəlim qızları, sizi and verirəmCeyranlara,+ çöllərdəki marallara,
Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın, özü oyanmayınca.+
8 Bu, məhbubumun ünüdür!
Budur özü, dağları aşa-aşa,Təpələri atıla-düşə gəlir.
9 Məhbubum ceyrana, cavan marala bənzər.+
Budur, divarın arxasında durub,Pəncərədən boylanır,Şəbəkədən içəri baxır.
10 Məhbubum dillənib dedi:
“Sevgilim, dur,Gözəlim, gəl çıxaq gedək.
11 Bax, qış ötdü,
Yağışlar kəsildi, qurtardı.
12 Yurdumuz çiçək açdı,+Budama vaxtı yetişdi,+Qumruların təranəsi eşidilir.+
13 Əncir ağacı yelənciri+ gətirib,Üzüm çiçəkləyib ətir saçır.
Sevgilim, dur gedək,
Gözəlim, gəl gedək.
14 Ay yalçın qayalarda,Qaya oyuqlarında gizlənən göyərçinim.+Qoy görüm camalını, dinləyim səsini,+Səsin məlahətli, qamətin gözəldir”».+
15 «Tülküləri tutun, o bala tülküləri,Üzüm bağımızı korlayırlar,Meynələr çiçəkləyib».
16 «Məhbubum mənimdir, mən də onun.+
O, sürüsünü zanbaqlar+ içində otarır.+
17 Axşam sərini düşməmiş, kölgələr itməmiş qayıt,Yubanma, ey məhbubum;Ceyran kimi,+ cavan maral+ kimi ayrılıq dağlarını* aşıb gəl.