Nəğmələr Nəğməsi 4:1—16
4 «Ey sevgilim, nə gözəlsən!
Nə gözəlsən!
Örpək altda gözlərin göyərçin gözləridir.
Zülfün Gilad dağlarından enənKeçi sürüsünə bənzər.+
2 Dişlərin yenicə qırxılmış,Yuyunub ağarmış qoyun sürüsünə bənzər.Hamısı əkiz balalı,Heç biri balasını itirməyib.
3 Ləblərin al-qırmızı ipə bənzər,Dilin şipşirindir.
Örpək altda yanaqların,Sanki, nar dilimidir.
4 Boynun+ çin-çin daşdan tikilmiş,Davud qülləsi kimidir.+Üstündən minlərlə qalxan,İgidlərin girdə qalxanları asılmış o qüllədir.+
5 Döşlərin zanbaqlar arasında otlayanBir cüt maral balası,Əkiz ceyran balasıdır».+
6 «Axşam sərini düşməmiş, kölgələr itməmişDurum mürr dağına çıxım,Kündür təpəsinə qalxım».+
7 «Başdan ayağa gözəlsən,+Eyibsizsən, ay sevgilim.
8 Ey nişanlım, gəl birgə enək Livandan,Gəl, qoşa enək Livandan.+
En Amana zirvəsindən,Sənir, Hərmun zirvəsindən.+Aslanlar yuvasından, bəbirlər dağından en.
9 Qəlbimi əsir almısan,+ ey bacım, ey nişanlım.Qəlbimi əsir almısan bircə baxışınla,Boyunbağının bir muncuğuyla.
10 Nəvazişlərin nə incədir,+ ey bacım, ey nişanlım,
Nəvazişlərin şərabdan şirindir,+Ətirinin qoxusu hər bir ədvadan xoşdur!+
11 Ey nişanlım, ləblərindən şanı balı süzülür,+
Dilinin altında bal var, süd var.+Libasından Livanın ətri gəlir.
12 Mənim bacım, nişanlım qıfıllı bağ kimidir,Qıfıllı bağ, möhürlü bulaq kimidir.
13 Fidanların* nar bağıdır*,Gözəl-gözəl meyvələr, xınagülü, nard bitən bağdır.
14 İçində nard+, zəfəran, ətirli qamış+, darçın+,Hər növ kündür ağacı, mürr və əzvay+ vardır,Hər cür ətriyyat+ vardır.
15 Sən bağ çeşməsisən, saf sulu quyusan,Livandan axan çaylarsan.+
16 Oyan, ey quzey mehi,Dur gəl, ey güney mehi.
Bağımda xəfifcə əs,
Qoy ətir bürüsün bağımı».
«Qoy məhbubum öz bağına girsin,Gözəl-gözəl meyvələrdən dadsın».