Nəğmələr Nəğməsi 5:1—16
5 «Ey bacım, ey nişanlım.Mən bağıma girdim,+
Mürr, ədva dərdim.+
Şanıdan, baldan daddım.Şərab içdim, süd içdim».+
«Yeyin əziz dostlar!
İçin, nəvazişlərdən məst olun!»+
2 «Özüm yatsam da, könlüm oyaqdır.+
Budur, məhbubum qapını döyür!»
«Qapını aç, ey bacım, ey sevgilim,Ey göyərçinim, eyibsiz gözəlim!
İslandı tellərim şəbnəmdən,Saçımın buruqları gecə nəmindən».+
3 «“Libasımı soyunmuşam,
Təzədən geyinimmi?
Ayaqlarımı yumuşam.
Təzədən bulaşdırımmı?”
4 Məhbubum qapı dəliyindən çəkdi əlini,Hisslərim köksümdə coşdu, kükrədi.
5 Durdum məhbubumçün qapını açım,Əlimdən mürr damırdı,Barmaqlarımdan mürr süzülürdüCəftə üstünə.
6 Məhbubuma qapını açdım,O isə dönüb getmişdi, çıxıb getmişdi.
O getdi, pərişan oldum*.
Onu aradım tapmadım,+
Çağırdım hay vermədi.
7 Şəhəri dolaşan keşikçilər məni gördü.
Məni vurdular, yaraladılar.
Divardakı keşikçilər örpəyimi aldılar.
8 Sizi and verirəm, ey Yerusəlim qızları,
Məhbubumu görsəniz,Deyin ki, eşq xəstəsiyəm».
9 «Məhbubun başqalarından nə ilə seçilir,Ey gözəllər gözəli?
Məhbubun başqalarından nə ilə seçilir ki,Belə and verirsən bizləri?»
10 «Məhbubum şəfəq saçır, alyanaqdır,On min nəfərin içindən seçilir.
11 Başı, sanki, qızıldır, xalis qızıldır.
Telinin buruqları xurma budağıdır*,Quzğun kimi zil qarədir.
12 Gözləri süddə çimən,Dopdolu hovuzun kənarında* oturan,Çay qırağındakı göyərçinə bənzəyir.
13 Yanaqları ətirli gülüstana bənzəyir,+Ətirli otlar topasıdır.
Dodaqları, sanki, zanbaqdır, ləblərindən mürr damır.+
14 Əlləri daş-qaşla* bəzənmiş qızıl lülədir,
Qarnı göy yaqutla örtülü cilalanmış şirmayıdır.
15 Ayaqları mərmər sütundur, altlığı saf qızıldan.
Görkəmi Livana bənzər, sidr ağacıtək misilsizdir.+
16 Ağzı şirindən də şirindir,Təpədən dırnağadək istəklidir.+
Bax bu cürdür məhbubum, bu cürdür sevgilim, ay Yerusəlim qızları».
Haşiyələr
^ Digər variant: o danışanda canım məni tərk etdi.
^ Digər variant: salxımıdır.
^ Digər variant: çeşmə kənarında.
^ Yaxud xrizolitlə.