Nəğmələr Nəğməsi 6:1—13

  • Yerusəlim qızları (1)

  • Qız (2, 3)

    • «Mən məhbubumun yarıyam, məhbubum mənim» (3)

  • Padşah (4—10)

    • «Sən Tirzə kimi gözəlsən» (4)

    • Qadınların sözləri (10)

  • Qız (11, 12)

  • Padşah (və başqaları) (13a)

  • Qız (13b)

  • Padşah (və başqaları) (13c)

6  «Ey gözəllər gözəli,Məhbubun ha yana getdi, Ha yana üz tutdu? Gəl gedək onu axtaraq».   «Məhbubum öz bağına,Ətirli gülüstanına getdi.Sürüsünü bağlarda otarmağa,Zanbaq dərməyə getdi.+   Mən məhbubumun yarıyam,Məhbubum mənim.+ O, zanbaqlar içində sürüsünü otarır».+   «Sən Tirzə+ kimi gözəlsən, mənim cananım,+Yerusəlimtək qəşəngsən,+Bayraqlar altında toplaşan qoşunlartək əzəmətlisən.+   Baxışını yana çək,+Məni əsir edir. Zülfün Gilad dağlarından enənKeçi sürüsünə bənzər».+   «Dişlərin yenicə qırxılmış,Yuyunub ağarmış qoyun sürüsünə bənzər.Hamısı əkiz balalı,Heç biri balasını itirməyib.   Örpək altda yanaqların,Sanki, nar dilimidir.   Altmış məlikə olsa da,Səksən cariyə olsa da,Saysız-hesabsız cavan qızlar olsa da,+   Göyərçinim+, eyibsiz gözəlim yeganədir. Anasının bir danəsidir, Onu doğan qadının gözünün qarəsidir. Qızlar görəndə ona bəxtəvərlik oxuyur,Məlikələr, cariyələr alqış söyləyir: 10  “Dan yeritək şəfəq saçan kimdir belə?Bədir aytək gözəl,Günəş işığıtək saf,Bayraqlar altında toplaşan qoşunlartək əzəmətli kimdir belə?”»+ 11  «Mən qoz bağına endim ki,+Yaşıllaşan dərəyə baxım.Baxım meynələr zoğ atıbmı,Narlar çiçək açıbmı. 12  Heç özüm də bilmədənHəvəsim məni apardı,Alicanab xalqımın arabaları üstünə çıxdım». 13  «Qayıt, qayıt, ey Şulam qızı! Qayıt, qayıt,Qoy sənə tamaşa edək!» «Bu Şulam qızının nəyinə tamaşa edirsiniz?»+ «O, Mahanayim* rəqsinə bənzəyir!»

Haşiyələr

Yaxud iki ordugah.