Nəğmələr Nəğməsi 8:1—14

  • Qız (1—4)

    • «Kaş qardaşım olaydın!» (1)

  • Qızın qardaşları (5a)

    • «Yarını qucaqlayıb gələn kimdir belə?»

  • Qız (5b—7)

    • «Məhəbbət ölüm qədər güclüdür» (6)

  • Qızın qardaşları (8, 9)

    • «O, divar olsaydı... qapı olsaydı» (9)

  • Qız (10—12)

    • «Mən divaram» (10)

  • Çoban (13)

    • Qoy mən də səsini duyum

  • Qız (14)

    • Tələs, çevik ceyran kimi

8  «Kaş anamın döşündən süd əmmişQardaşım olaydın! Çöldə rast gələndə səni tutub öpərdim,+Kimsə məni qınamazdı.   Götürüb səni aparardım,Anamın evinə gətirərdim,+Mənə tərbiyə verən qadının evinə. Sənə ədvalı şərab süzərdim,Nar şirəsi içirərdim.   Sol əli başımın altında olardı,Sağ əli məni qucaqlayardı.+   Sizi and verirəm, ey Yerusəlim qızları, Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın özü oyanmayınca».+   «Yarının qoluna giribSəhradan gələn kimdir belə?» «Alma ağacının altında yatmışdın, oyatdım səni. Anan o yerdə sancı çəkmişdi, Orada ağrı çəkib səni doğmuşdu.   Məni ürəyinin başında,Qolunda möhür eylə.Çün məhəbbət ölüm qədər güclüdür,+Sədaqət Məzar* kimi dönməzdir. Alovu alışıb-yanır; Yahın* alovudur.+   Gur sular məhəbbəti söndürə bilməz,+Çaylar yuyub apara bilməz.+ Məhəbbəti almaq üçün insan bütün evini versə də,Yenə bir heç sayılar*».   «Balaca bacımız var,+Hələ döşləri çıxmayıb. Ona elçi gələndə,Bacımızla nə edək?»   «O, divar olsaydı,Üstündə gümüşdən qala dişləri tikərdik.Qapı olsaydı,Sidr tiri ilə bağlayardıq». 10  «Mən divaram,Döşlərim qala bürcüdür. Odur ki, mən onunçünQəlbi rahat bir qızam. 11  Süleymanın Baal-Həmunda üzüm bağı var idi.+ O, bağı bağbanlara əmanət etmişdi. Bağın meyvəsi üçün hərəsi ona min gümüş verirdi. 12  Mənimsə bağım öz ixtiyarımdadır. Ey Süleyman, min gümüş sənə çatır,İki yüz gümüş meyvə yetişdirənlərə». 13  «Ey bağlarda yaşayan,+Dostlar səsini eşidir. Qoy mən də duyum».+ 14  «Tələs, məhbubum,Çevik ceyran kimi,+Cavan maral kimi,Ətirli otlar bitən dağlara tələs».

Haşiyələr

Yehova adının qısa forması.
İbr. şeol. Lüğətə bax.
Digər variant: yenə o insan bir heç sayılar.