Nəhəmya 10:1—39
10 Əhdi möhürləyib+ təsdiqləyənlər bunlar idi:
Həqali oğlu vali Nəhəmya,Sidqiyyə,
2 Sərəyah, Əzriya, Ərəmya,
3 Fəşhur, Əmariyyə, Məlkiyyə,
4 Həttuş, Şəbani, Məllux,
5 Harim+, Mərimut, Əbdiya,
6 Dənyal+, Ginətun, Bərux,
7 Məşullam, Əbiyya, Miyəmin,
8 Məazi, Bilgəy və Şəmay. Bunlar kahinlər idi.
9 Lavililər: Əzniya oğlu Yeşu, Hənadad oğullarından Bənya, Qədmail+
10 və qardaşları Şəbani, Hudya, Qalit, Fəlay, Hənan,
11 Mikə, Rəhub, Həşbiyyə,
12 Zəqqur, Şərbiya+, Şəbani,
13 Hudya, Bənni və Bənun.
14 Xalqın başçıları: Faruş, Fəhat-Muab+, Elam, Zəttu, Bənni,
15 Bünni, Əzcad, Bəbay,
16 Əduniyyə*, Bəqvay, Adhin,
17 Atir, Hizqiyyə, Azzur,
18 Hudya, Həşum, Bisay,
19 Xarif*, Ənatut, Nəbay,
20 Məqfəş, Məşullam, Xəzir,
21 Məşizabil, Sadıq, Yədva,
22 Fəlati, Hənan, Ənay,
23 Huşə, Hənaniyyə, Həşşub,
24 Luhiş, Filha, Şubiq,
25 Rəhum, Həşbənə, Məseyyə,
26 Əxiyyə, Hənan, Ənan,
27 Məllux, Harim və Bəənnah.
28 Camaatın qalan hissəsi: kahinlər, lavililər, darvaza keşikçiləri, məzmur oxuyanlar, məbəd qulluqçuları və Allahın Qanununa əməl etmək üçün ətraf xalqlardan ayrılanlar,+ onların arvadları, oğulları, qızları, bilik və anlayış sahibi olan hər kəs*
29 qardaşlarına, xalqın əsilzadələrinə qoşuldu. Onlar Allahın Öz qulu Musa vasitəsilə verdiyi Qanuna tabe olacaqlarına və Rəbbimiz Yehovanın bütün əmrlərinə, hökmlərinə, qayda-qanunlarına dəqiqliklə əməl edəcəklərinə and içib lənət yükü altına girdilər.
30 And içdik ki, nə ətraf xalqlara qız verəcək, nə də oğullarımıza onlardan qız alacağıq.+
31 Ətraf xalqlar şənbə günü satmağa mal və növbənöv taxıl gətirəndə biz nə şənbə günündə, nə də başqa müqəddəs gündə onlardan heç nə almayacağıq.+ Yeddinci ildə torpağı dincə qoyacaq+ və bütün borcları bağışlayacağıq.+
32 Bundan əlavə, Allahımızın evində görülən xidmət üçün adambaşına hər il şekelin* üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.+
33 Bu pulu şənbə günündə+, təzə ay mərasimlərində+ gətirilən hüzur çörəyi+, daimi taxıl təqdiməsi+ və daimi yandırma qurbanları üçün, eləcə də, bayramlar+ və müqəddəs şeylər üçün, İsrailin günahlarının kəffarəsi olaraq gətirilən günah qurbanları+ və Allahımızın evində görülən bütün işlər üçün istifadə edəcəyik.
34 Qanuna əsasən, Allahımız Yehovanın qurbangahında odun yandırmaq üçün hər il təyin olunmuş vaxtlarda Allahımızın evinə odun gətirməkdən ötrü nəsillərinə görə kahinlərin, lavililərin və xalqın arasında püşk atdıq.+
35 Həmçinin söz verdik ki, hər il torpağımızın, hər növ meyvə ağacının nübarını Yehovanın evinə gətirəcəyik.+
36 Qanunda yazıldığı kimi, ilk oğullarımızı, heyvanlarımızın, mal-qaramızın, qoyun-keçimizin ilk balasını Allahımızın evinə, orada xidmət edən kahinlərin yanına gətirəcəyik.+
37 Bundan əlavə, taxılın ilk yarmasını+, bəxşişləri, hər növ ağacın meyvəsini+, təzə şərabı və yağı+ Allahımızın evinin anbar otaqlarına*,+ kahinlərə gətirəcəyik. Həmçinin torpağımızın məhsulunun onda birini lavililərə verəcəyik.+ Çünki əkin-biçin sahələri olan şəhərlərimizdə ondabirləri onlar yığırlar.
38 Lavililər ondabirləri yığanda Harun oğullarından olan kahin onların yanında olmalıdır. Lavililər də ondabirlərin onda birini Allahımızın evinə, anbardakı otaqlara aparmalıdırlar.+
39 İsraillilər və lavililər taxıl, təzə şərab və yağ+ bəxşişlərini anbardakı otaqlara gətirməlidirlər.+ Çünki müqəddəs məkanın əşyaları oradadır, kahinlər, darvaza keşikçiləri, məzmur oxuyanlar orada xidmət edir. Biz Allahın evi ilə bağlı xidmətə laqeyd yanaşmayacağıq.+
Haşiyələr
^ Digər variant: ağlı kəsən hər kəs.
^ Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
^ Yaxud yemək otaqlarına.