Nəhəmya 4:1—23

  • Müqavimətə baxmayaraq iş irəliləyir (1—14)

  • İşçilər silahlanıb tikintini davam etdirirlər (15—23)

4  Divarı bərpa etdiyimizi eşidəndə Sanbalatın+ qanı qaraldı, o, qəzəbləndi və yəhudiləri lağa qoymağa başladı.  O, qardaşlarının və Səməriyyə ordusunun qarşısında dedi: «Bu yəhudilər, yazıqlar nə edirlər? Olmaya, inanırlar ki, bu boyda işin öhdəsindən gələ biləcəklər?! Qurban kəsəcəklər? Buraları bir günün içində bərpa edəcəklər? Məgər dağıntıların içindən çıxardıqları yanmış daşları əvvəlki şəklə sala bilərlər?»+  Onun yanında duran əmuni+ Tubiyyə+ dedi: «Tikdikləri divara bir baxın! Üstünə tülkü çıxsa, dağılar».  Mən dedim: «Eşit, ey Allahımız, gör bizə necə həqarət edirlər.+ Bizə etdikləri rişxəndlərə qoy özləri düçar olsunlar,+ talan malı kimi, yad ölkəyə aparılsınlar.  Onların təqsirlərinə, günahlarına göz yumma! Onları əfv etmə!+ Çünki bənnaları təhqir edirlər».  Biz divarı tikməyə davam etdik. Bütün şəhər divarını yarıya qədər qaldırdıq. Camaat ürəkdən çalışırdı.  Sanbalat, Tubiyyə+, ərəblər+, əmunilər və aşdodlular+ eşidəndə ki, Yerusəlim divarının bərpası irəliləyir, aradakı boşluqlar hörülür bərk hirsləndilər.  Onlar Yerusəlimə hücum etmək və şəhərdə iğtişaş yaratmaq üçün əlbir oldular.  Biz isə Allahımıza dua etdik. Onlardan mühafizə olunmaq üçün gecə və gündüz növbə çəkməyə gözətçi qoyduq. 10  Amma Yəhuda xalqı deyirdi: «İşçilər taqətdən düşüb, uçuqlar isə çoxdur! Divarları tikib qurtara bilməyəcəyik». 11  Düşmənlərimiz də bir yandan deyirdi: «Onlar xəbər tutana qədər, bizi görənə qədər artıq onların arasında olarıq, onları öldürüb işi dayandırarıq». 12  Həmçinin düşmənlərimizin qonşuluğunda yaşayan yəhudilər hər dəfə yanımıza gələndə elə hey deyirdilər: «Düşmənlər hər tərəfdən üstümüzə hücum çəkəcək». 13  Buna görə də mən divarın arxasında, aşağıda, açıq yerlərdə nəsillərinə görə qılınclı, nizəli, ox-kamanlı adamlar qoydum. 14  Onların qorxuya düşdüyünü görəndə dərhal əsilzadələrə+, məmurlara və bütün camaata dedim: «Onlardan qorxmayın!+ Yehovanı, böyük və zəhmli Allahı+ yada salın! Qardaşlarınız, oğul-qızlarınız, arvadlarınız və evləriniz üçün vuruşun!» 15  Düşmənlərimizə xəbər çatdı ki, biz onların qurduğu fitnədən agahıq və Allah onların niyyətini boşa çıxarıb. Bundan sonra hər birimiz divarı tikməyə qayıtdıq. 16  O gündən etibarən, adamlarımın yarısı tikintidə çalışır,+ digər yarısı isə zireh geyinib əlində nizə, qalxan və ox-kaman tuturdu. Başçılar+ yəhudilərin arxasında durub onlara dayaq olurdular. 17  Yəhudilər isə divarı tikirdilər. Fəhlələr bir əli ilə işləyir, o biri əli ilə nizə tuturdular. 18  Bənnaların hər biri belinə qılınc bağlayıb işləyirdi, şeypurçu+ isə mənim yanımda dayanmışdı. 19  Mən əsilzadələrə, məmurlara və bütün camaata dedim: «İşimiz böyükdür. Hərəmiz divarın bir tərəfində işləyirik, bir-birimizdən aralıyıq. 20  Buna görə də şeypur səsi eşidən kimi yanımıza yığışın. Allahımız bizim üçün vuruşacaq!»+ 21  Beləcə, dan yeri söküləndən ulduzlar görünənədək yarımız işləyir, yarımız da əlində nizə tuturdu. 22  O zaman mən camaata dedim: «Qoy hər kəs öz nökəri ilə gecələr Yerusəlimdə qalsın. Gecələr keşiyimizi çəksin, gündüzlərsə işləsin». 23  Nə mən, nə qardaşlarım, nə nökərlərim+, nə də arxamca gələn keşikçilər — heç birimiz paltarımızı əynimizdən çıxarmırdıq, silahı sağ əlimizdən yerə qoymurduq.

Haşiyələr