Romalılara 8:1—39

  • Ruh vasitəsilə həyat və azadlıq (1—11)

  • Oğulluğa götürülmə (12—17)

  • Xilqət Allahın övladlarının azadlığını gözləyir (18—25)

  • Ruh bizim əvəzimizə Allaha yalvarır (26, 27)

  • Allah əvvəlcədən müəyyən etdiyi adamları çağırdı (28—30)

  • Allahın məhəbbəti sayəsində zəfər çalırıq (31—39)

8  Buna görə də Məsih İsa ilə vəhdətdə olanlar məhkum edilmirlər.  Çünki Məsih İsa ilə vəhdətdə olanlara həyat verən ruhun qanunu səni günah və ölüm qanunundan azad edib.+  İnsan günahlı olduğu üçün Qanunun edə bilmədiyi şeyi Allah etdi.+ O, Oğlunu günahlı+ insanın bədəninə bənzər bir bədəndə göndərdi+ ki, günahı aradan qaldırsın.+ Beləliklə, Allah bədəndəki günahı məhkum etdi ki,  cismani istəklərə uymayıb ruha uyğun yaşayan bizlər+ Qanundakı ədalətli tələbləri icra edə bilək.+  Çünki cismani istəklərin dalınca düşənlərin fikri-zikri cismani şeylərdədir,+ ancaq ruha uyğun yaşayanlar daima ruhani şeylər barəsində düşünürlər.+  Daima cismani istəklər haqqında düşünmək ölüm,+ ruhani şeylər barəsində düşünmək isə həyat və sülh gətirir.+  Çünki cismani düşüncə tərzi Allahla düşmənçiliyə gətirir,+ belə ki, cisim Allahın qanununa tabe olmur və bunu heç bacarmır da.  Deməli, cismani istəklərin dalınca düşənlər Allahı razı sala bilməzlər.  Digər tərəfdən, Allahın ruhu, doğrudan da, daxilinizdədirsə, siz cismani istəklərə uymur, ruha uyğun yaşayırsınız.+ Lakin kimdə Məsihin düşüncə tərzi* yoxdursa, o, Məsihə məxsus deyil. 10  Yox əgər Məsih sizinlə vəhdətdədirsə,+ bədən günah ucbatından ölü olsa da, müqəddəs ruh salehliyə görə sizə həyat verir. 11  Əgər İsanı dirildənin ruhu daxilinizdə yaşayırsa, deməli, Məsih İsanı dirildən+ fani bədəninizi də daxilinizdə yaşayan ruhu vasitəsilə həyata qaytaracaq.+ 12  Beləliklə, qardaşlar, biz cismani istəklərə boyun əyməyə məcbur deyilik.+ 13  Çünki cismani istəklərə uyğun yaşasanız, mütləq öləcəksiniz, ancaq cismani əməlləri müqəddəs ruhun köməyilə öldürsəniz,+ yaşayacaqsınız.+ 14  Allahın ruhunun göstərdiyi yolla gedənlərin hamısı Allahın oğullarıdır.+ 15  Çünki bu ruh bizi kölə edib yenidən qorxuya salmır, bu ruhun vasitəsilə biz oğulluğa götürülürük və bu ruhun təşviqi ilə «Atacan*, Ata!»+ — deyə çağırırıq. 16  Bu ruh bizə* təlqin edir+ ki, biz Allahın övladlarıyıq.+ 17  Əgər biz övladıqsa, deməli, varisik, özü də Allahın varisləriyik və Məsihlə həmvarisik.+ Bir şərtlə ki, Məsih kimi əzab çəkək.+ Onda biz də onun kimi calala yetişərik.+ 18  Belə düşünürəm ki, indi çəkdiyimiz əziyyətlər Allahın aşkar edəcəyi calalımızla müqayisədə heç nədir.+ 19  Bütün xilqət də böyük səbirsizliklə Allahın oğullarının+ calalının aşkara çıxacağı vaxtı gözləyir. 20  Axı xilqət puçluğa öz xoşu ilə tabe olmamışdı,+ onu tabe edənin iradəsi ilə tabe olmuşdu. Amma bununla yanaşı ümid də verilmişdi ki, 21  xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşsun.+ 22  Biz bilirik ki, bütün xilqət indiyə kimi inildəyib əzab çəkir. 23  Bundan əlavə, mirasımızın nübarına, yəni ruha sahib olan bizlər də fidyə vasitəsilə bədənimizdən azad edilib+ oğulluğa götürülməyi+ səbirsizliklə gözləyərkən için-için inildəyirik. 24  Biz bu ümidlə xilas olduq. Lakin ümid sanılan bir şey göz qabağındadırsa, o artıq ümid deyil. Məgər insanın ümid etdiyi şey göz qabağındadırsa, o, yenə də ondan ötrü ümid edər? 25  Ancaq ümid etdiyimiz şeyi+ görmürüksə,+ dözüm göstərib onu gözləyirik.+ 26  Eynilə də ruh zəif vaxtlarımızda bizə yardım edir.+ Hərdən nə haqda dua edəcəyimizi bilmirik, ürəyimizdəki iniltiləri ifadə etmək üçün söz tapmırıq. Belə anlarda ruh bizim əvəzimizə Allaha yalvarır. 27  Axı ürəkləri tədqiq edən Allah+ ruhun nəyi nəzərdə tutduğunu bilir, çünki ruh Allahın iradəsinə əsasən müqəddəslərdən ötrü Ona yalvarır. 28  Biz bir şeyi yaxşı bilirik: Allah bütün işlərini elə görür ki, bu işlər Onu sevənlərə, Onun niyyətinə əsasən çağırılmışlara fayda gətirsin.+ 29  Çünki Oğulun çoxlu qardaşları+ arasında ilkin övlad+ olması üçün Allah əzəldən nəzərdə tutduğu adamların Oğlunun şəxsiyyətini əks etdirməsini+ də əvvəlcədən müəyyənləşdirdi. 30  O, kimi əvvəlcədən müəyyən etmişdisə onları da çağırdı+ və kimi çağırdısa onları da saleh saydı.+ Nəhayət, kimi saleh saydısa, onları da şərəfə çatdırdı.+ 31  Elə isə, bunlara nə deyək? Əgər Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər?+ 32  Oğlunu əsirgəməyib hamımızın uğrunda fəda edən Allah+ məgər onunla birlikdə yerdə qalan hər şeyi də bizə bəxş etməyəcək? 33  Allahın seçdiyi adamları kim ittiham edə bilər?+ Axı Allah Özü onları saleh sayır.+ 34  Kim onları məhkum edə bilər? Ölmüş, dirilmiş və indi Allahın sağında oturan+ Məsih İsa bizdən ötrü havadarlıq edir.+ 35  Məsihin məhəbbətindən bizi nə ayıra bilər?+ Dərd-bəla, ağrı-acı, təqiblər, aclıq, çılpaqlıq, təhlükə, yoxsa qılınc?+ 36  Belə yazılıb: «Sənə görə bütün günü ölümlə üz-üzə gəlirik, bizi kəsimlik qoyun hesab edirlər».+ 37  Ancaq bizi sevənin sayəsində biz hər şeyə qalib gəlirik.+ 38  Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə+, 39  nə hündürlük, nə dərinlik, nə də mövcud olan başqa bir şey bizi Ağamız Məsih İsa vasitəsilə ifadə olunan Allahın məhəbbətindən ayıra bilməz.

Haşiyələr

Hərfən: ruhu.
Hərfən: Abba. Arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması.
Hərfən: ruhumuza. Yəni daxili aləmimizə, əhvali-ruhiyyəmizə.