Yaradılış 29:1—35

  • Yaqub Rəhilə ilə tanış olur (1—14)

  • Yaqub Rəhiləyə vurulur (15—20)

  • Yaqub Ləya və Rəhilə ilə evlənir (21—29)

  • Yaqubun Ləyadan doğulan dörd oğlu: Rubən, Şəmun, Lavi və Yəhuda (30—35)

29  Bundan sonra Yaqub yoluna davam edib şərqlilərin ölkəsinə getdi.  O gəlib bir otlağa çıxdı. Gördü ki, bir quyunun yanında üç qoyun sürüsü yatışır; adətən, sürüləri həmin quyudan sulayırdılar. Quyunun ağzında böyük bir daş var idi.  Sürülərin hamısı oraya yığılanda daşı quyunun ağzından götürür, heyvanlara su verir, sonra daşı yenə qaytarıb öz yerinə, quyunun ağzına qoyurdular.  Yaqub çobanlardan soruşdu: «Qardaşlar, haradansınız?» «Harrandanıq»,+ — deyə cavab verdilər.  Onda o soruşdu: «Nahurun+ nəvəsi Labanı+ tanımırsınız?» «Tanıyırıq», — dedilər.  «Necədir, sağ-salamatdır?» «Hə, salamatdır. Odur, qızı Rəhilə+ gəlir, qoyunları gətirir».  Yaqub dedi: «Hələ axşama çox var, sürüləri yığmaq vaxtı deyil! Qoyunlara su verin, sonra aparın otarın».  Onlar dedilər: «Yox, gərək sürülərin hamısı yığılsın, daşı quyunun ağzından götürsünlər ki, biz də qoyunları sulaya bilək».  Yaqub onlarla danışanda Rəhilə atasının qoyunlarını gətirib gəldi, çünki qoyunları o otarırdı. 10  Yaqub dayısı Labanın qızı Rəhiləni görəndə yaxınlaşıb daşı quyunun ağzından yuvarladı və dayısı Labanın qoyunlarına su verdi. 11  Sonra Rəhiləni öpdü və hönkürtü ilə ağladı. 12  O, Rəhiləyə atasının qohumu, Rəfəqənin oğlu olduğunu söylədi. Qız qaçıb atasına xəbər verdi. 13  Laban+ bacısı oğlu Yaqubun gəldiyini eşitcək tez onun qabağına çıxdı. Onu öpüb bağrına basdı və evlərinə gətirdi. Yaqub başına gələnləri bircə-bircə Labana nəql etdi. 14  Laban ona dedi: «Sən mənim qanı qanımdan, canı canımdan olan doğmamsan*». Beləliklə, Yaqub düz bir ay onlarda qaldı. 15  Bundan sonra Laban Yaquba dedi: «Belə olmaz axı, qohumumsan+ deyə, mənə havayı işləyəcəksən? Söylə, zəhmətinin haqqı nə olsun?»+ 16  Labanın iki qızı var idi: böyüyünün adı Ləya, kiçiyininki isə Rəhilə idi.+ 17  Ləyanın gözlərində parlaqlıq yox idi. Rəhilə isə gözəl-göyçək, yaraşıqlı bir qız idi. 18  Yaqub Rəhiləyə vurulmuşdu. Odur ki, dedi: «Kiçik qızın Rəhiləyə görə sənə yeddi il işləməyə hazıram».+ 19  Laban cavab verib dedi: «Mənim üçün lap yaxşı. Qızımı başqasına verməkdənsə, elə sənə verərəm. Qal mənim yanımda». 20  Yaqub Rəhiləyə görə yeddi il işlədi,+ amma bu yeddi il onun üçün bir neçə gün kimi gəlib keçdi, çünki qızı çox sevirdi. 21  Vaxt tamam olanda Yaqub Labana dedi: «Danışdığımız vaxt bitdi. İndi Rəhiləni mənə ver, onunla evlənim*». 22  Laban o yerin bütün camaatını yığıb ziyafət verdi. 23  Ancaq axşam Yaqubun yanına qızı Ləyanı apardı ki, Yaqub onunla yaxınlıq etsin. 24  Laban kənizi Zülfəni qızına qulluqçu verdi.+ 25  Səhər açılanda Yaqub gözlərinə inanmadı: yanındakı Ləya idi! O gedib Labana dedi: «Bu nə işdir görmüsən? Məgər mən sənə Rəhiləyə görə işləmirdim? Niyə mənə kələk gəldin?»+ 26  Onda Laban dedi: «Bizim adətə görə, böyük qız dura-dura kiçiyi vermək olmaz. 27  Qoy həftəniz tamam olsun, sonra sənə o biri qızı da verərəm, amma onun üçün də yeddi il işləməli olacaqsan».+ 28  Yaqub belə də etdi, həftəni Ləya ilə başa vurdu. Ondan sonra Laban qızı Rəhiləni də ona verdi. 29  Üstəlik, kənizi Bəlhəni qızı Rəhiləyə qulluqçu verdi.+ 30  Yaqub Rəhilə ilə də yaxınlıq etdi. O, Rəhiləni Ləyadan çox sevirdi. Yaqub Labana yeddi il də xidmət etdi.+ 31  Yehova görəndə ki, əri Ləyanı sevmir, onun bətnini açdı.+ Rəhilə isə sonsuz idi.+ 32  Ləya hamilə qalıb oğlan doğdu və «Yehova dərdimi gördü.+ İndi ərim məni sevəcək» deyərək oğlunun adını Rubən*+ qoydu. 33  O, yenə hamilə qalıb oğlan doğdu. «Yehova sevilmədiyimi eşidib mənə bu uşağı da verdi» deyərək adını Şəmun*+ qoydu. 34  Ləya bir dəfə də hamilə qalıb oğlan doğdu və «indi ərim mənə bağlanacaq, çünki onun üçün üç oğul dünyaya gətirmişəm» dedi. Buna görə də uşağın adı Lavi*+ oldu. 35  Sonra bir də hamilə qaldı və yenə oğlu oldu. O dedi: «Bu dəfə Yehovanı mədh edəcəyəm». Odur ki, uşağın adını Yəhuda*+ qoydu. Bundan sonra bir müddət onun uşağı olmadı.

Haşiyələr

Hərfən: sən mənim sümüyüm, mənim ətimsən.
Hərfən: arvadımı mənə ver ki, onunla yaxınlıq edim. İbrani adətinə görə, nişanlı adamlar artıq ər-arvad sayılırdılar.
Mənası: baxın, oğul!
Mənası: eşitmək.
Mənası: bağlanma; yapışmış.
Mənası: mədh edilən; mədh hədəfi.