Yuşə 19:1—51

19  İkinci püşk+ Şəmuna, nəsillərinə görə Şəmun+ qəbiləsinə düşdü. Onlara Yəhudanın irsində pay verildi.+  Onların irsi bu şəhərlər idi: Səba ilə Biir-Səba+, Molad+,  Hazar-Şual+, Balah, Əzəm+,  İltolad+, Bətül, Horma,  Sığlaq+, Beyt-Mərəkbut, Hazar-Suzah,  Beyt-Ləbat+, Şəruhin. Kəndləri ilə birgə on üç şəhər.  Ayin, Rimmun, İser, Aşan+. Kəndləri ilə birgə dörd şəhər və  bu şəhərlərin Baalat-Biirə, cənubdakı Ramaya qədər ətrafındakı kəndlər. Nəsillərinə görə Şəmun qəbiləsinə verilən irs bu idi.  Şəmun övladlarına Yəhudaya verilən paydan irs verildi, çünki Yəhudanın payı çox böyük idi. Beləliklə, Şəmun övladları onların irsində mülk aldılar.+ 10  Üçüncü püşk+ nəsillərinə görə Zəbulun+ övladlarına düşdü. Onların irsinin sərhədi Səridə qədər uzanırdı. 11  Sərhəd qərbə, Merala qalxıb Dəbəşitə və oradan Yuğnimlə üzbəüz vadiyə çatırdı. 12  Sonra Səriddən şərqə, gündoğan tərəfə, Kislut-Tabur sərhədinə, oradan Dəbrətə+ gedib Yafyaya uzanırdı. 13  Sonra şərqə, gündoğan tərəfə, Cat-Həfərə+ və Et-Qasinə gedir, oradan Rimmuna və Nöhə uzanırdı. 14  Şimalda sərhəd Hənatuna dönüb İftahil vadisində bitirdi. 15  Həmçinin Qattat, Nahalal, Şimrun+, Yidlah və Beytləhm+ şəhərləri onların irsinə aid idi. Kəndləri ilə birgə on iki şəhər. 16  Bunlar kəndləri ilə birgə nəsillərinə görə+ Zəbulun övladlarına irs verilən şəhərlər idi. 17  Dördüncü püşk+ Yəsakirə+, nəsillərinə görə Yəsakir övladlarına düşdü. 18  Onların sərhədi Yizrail+, Kisulut, Şunam+, 19  Həfərayim, Şion, Ənhərat, 20  Rəbut, Qişyun, Əbəz, 21  Rəmit, Eyn-Qannim+, Eyn-Həda, Beyt-Fəss şəhərlərindən keçirdi. 22  Sərhəd Tabura+, Şahzüməyə və Beyt-Şəmsə uzanır, İordanda bitirdi. Kəndləri ilə birgə on altı şəhər. 23  Bunlar kəndləri ilə birgə nəsillərinə görə Yəsakir qəbiləsinə+ irs verilən şəhərlər idi. 24  Beşinci püşk+ nəsillərinə görə Aşir+ qəbiləsinə düşdü. 25  Onların sərhədi Həlkət+, Hali, Bəsən, Axşaf, 26  Alamməlik, Amad, Məsal şəhərlərindən keçirdi. Sərhəd qərbdə Karmelə+ və Sihor-Libnata uzanırdı. 27  Oradan şərqə, Beyt-Daqona qayıdıb Zəbuluna gedir, İftahil vadisinin şimalına çatır, Beyt-Əmiqə, Nəilə və Kabulun sol tərəfinə uzanırdı. 28  Oradan Əbruna, Rəhuba, Həmmuna, Kənaha və böyük Sidon+ şəhərinə gedirdi. 29  Sonra Ramaya dönüb qalalı Sur şəhərinə+ qədər uzanırdı. Oradan Husəyə qayıdır və dəniz sahilində, Əxzibdə bitirdi. 30  Həmçinin Umah, Əfiq+, Rəhub+ şəhərləri onların irsinə aid idi. Kəndləri ilə birgə iyirmi iki şəhər. 31  Bunlar kəndləri ilə birgə nəsillərinə görə Aşir qəbiləsinə+ irs verilən şəhərlər idi. 32  Altıncı püşk+ Niftalı övladlarına, nəsillərinə görə Niftalı övladlarına düşdü. 33  Onların sərhədi Hələfdən və Sənannimdəki böyük ağacdan+ başlayıb Ədamnəkəbə, Yabniilə və Laquma qədər uzanırdı, İordanda bitirdi. 34  Sonra qərbə, Əznut-Tabura qayıdır, oradan Huqqoqa gedirdi. Sərhəd cənubda Zəbuluna, qərbdə Aşirə, şərqdə isə İordan yaxınlığında olan Yəhuda* torpağına çatırdı. 35  Qalalı şəhərlər bunlar idi: Siddim, Sər, Həmməs+, Rəqqat, Kinarət, 36  Adəma, Rama, Həzur+, 37  Qədəs+, Əzrəy, Eyn-Həzur, 38  Yirun, Micdəlil, Hurəm, Beyt-Ənat və Beyt-Şəms+. Kəndləri ilə birgə on doqquz şəhər. 39  Bunlar kəndləri ilə birgə nəsillərinə görə Niftalı qəbiləsinə+ irs verilən şəhərlər idi. 40  Yeddinci püşk+ nəsillərinə görə Dan+ qəbiləsinə düşdü. 41  Onların irsinin sərhədi Sorah+, Əştul, İr-Şəms, 42  Səlabin+, Ayalon+, İtlah, 43  İlun, Timnah+, Ekron+, 44  İltiq, Gibtun+, Baalat, 45  Yəhud, Bəni-Bəraq, Cat-Rimmun+, 46  Miyarqun və Rəqqun şəhərlərindən keçirdi. Sərhəd Yaffa+ ilə üzbəüz idi. 47  Ancaq Dan övladlarının ərazisi onlara azlıq edirdi.+ Buna görə onlar Ləşəmə+ qarşı döyüşə çıxdılar və şəhəri işğal edib əhalisini qılıncdan keçirtdilər. Danlılar şəhəri tutub orada məskunlaşdılar. Ləşəmin adını dəyişib ona əcdadları Danın adını verdilər.+ 48  Bunlar kəndləri ilə birgə nəsillərinə görə Dan qəbiləsinə irs verilən şəhərlər idi. 49  Beləcə, ölkə irslərə bölünüb qurtardı. İsraillilər Nun oğlu Yuşəyə öz aralarında irs verdilər. 50  Yehovanın əmri ilə ona istədiyi şəhəri — Əfraim dağlıq bölgəsindəki Timnat-Səranı+ verdilər. O, şəhəri inşa edib orada məskunlaşdı. 51  Bunlar kahin Əlyazarın, Nun oğlu Yuşənin və İsrail qəbilələrinin nəsil başçılarının Şiloda+, Hüzur çadırının girəcəyində, Yehovanın hüzurunda püşk atıb+ irslərə böldüyü+ torpaqlar idi. Beləliklə, ölkənin bölüşdürülməsi başa çatdı.

Haşiyələr

Görünür, burada Yəhuda qəbiləsi yox, bu qəbilədən olan bir adamın ailəsi nəzərdə tutulur.