Zəbur 103:1—22
Davudun məzmuru.
103 Yehovaya alqış et, ey varlığım,Ey vücudum, Onun müqəddəs adına alqış et!
2 Yehovaya alqış et, ey varlığım,Onun yaxşılıqlarını unutma.+
3 Odur günahlarını bağışlayan,+Dərdlərinə şəfa verən,+
4 Odur sənin həyatını qəbirdən qurtaran,+Başına məhəbbət, mərhəmət tacı qoyan.+
5 O, səni ömrün boyu yaxşı nemətlərlə doyurur,+Sən də qartal kimi təzələnirsən, cavanlaşırsan.+
6 Yehova bütün məzlumlaraHaqq və ədalət göstərir.+
7 O, yolunu Musaya,İşlərini İsrail oğullarına əyan etdi.+
8 Yehova mərhəmət, şəfqət sahibidir,+Səbirlidir, məhəbbəti* boldur.+
9 Daim nöqsan axtarmaz,+Əbədiyyən acıqlı qalmaz.+
10 Bizimlə günahlarımıza görə rəftar etmir,+Təqsirlərimizə görə payımıza düşən cəzanı vermir.+
11 Çünki göylər yerdən nə qədər ucadırsa,Məhəbbəti də Ondan qorxanlara o qədər böyükdür.+
12 Şərq qərbdən nə qədər uzaqdırsa,Günahlarımızı bizdən o qədər uzaqlaşdırdı.+
13 Ata övladlarına necə rəhm edirsə,Yehova Ondan qorxanlara elə rəhm edir.+
14 Çünki necə yarandığımızı yaxşı bilir,+Torpaq olduğumuzu unutmur.+
15 Fani insanın ömrü ot ömrü kimi qısadır,+Çəmən gülləri kimi çiçək açar,+
16 Üstündən yel əsən kimi yox olar,Elə bil, heç vaxt o yerdə bitməyib.
17 Yehovanın məhəbbəti isə əbədiyyənOndan qorxanlarladır.+
Ədalətini onların nəvələrinə,+
18 Əhdinə bağlı qalanlara,+Əmrlərini unutmayıb əməl edənlərə göstərir.
19 Yehova taxtını göylərdə bərqərar edib,+O, hər şeyin üzərində hökmranlıq edir.+
20 Yehovaya alqış edin, ey Onun mələkləri,+ ey qüdrətlilər,Ey Onun sözünü eşidib əməl edənlər!+
21 Yehovaya alqış edin, ey Onun bütün orduları,+Ey Onun iradəsinə xidmət edənlər!+
22 Yehovaya alqış et, ey xilqət,Onun hökmranlıq etdiyi hər yerdə!
Yehovaya alqış et, ey varlığım!
Haşiyələr
^ İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.