Zəbur 11:1—7
Dirijora. Davudun məzmuru.
11 Yehovaya sığınmışam,+Necə mənə deyirsiniz:
«Quş olub dağına uç!
2 Bax, pislər kamanını dartır,Ürəyidüz adamı vurmaq üçün qaranlıqda durub,Oxu yayın üstünə qoyurlar.
3 Təməllər* yıxılanda,Salehin əlindən nə gələr ki?»
4 Yehova Öz müqəddəs məbədindədir,+Yehovanın taxtı göylərdədir,+Gözləri hər kəsi görür, O, bəşər oğullarına göz qoyur.+
5 Bəli, Yehova salehi də, şəri də yoxlayır,+O, zorakılığı sevənlərə nifrət edir.+
6 O, şər adamların üstünə tələ* yağdıracaq;Onların payı alov, kükürd+ və səmum yeli olacaq.
7 Çünki Yehova ədalətlidir,+ saleh əməlləri sevir,+Ürəyidüz adamlar Onun lütfünü* görəcək.+