Zəbur 135:1—21

  • Yahın ucalığına alqış edin

    • Misirə qarşı əlamətlər, möcüzələr (8, 9)

    • Sənin adın əbədidir (13)

    • Cansız bütlər (15—18)

135  Yaha alqış edin! Yehovanın adına alqış edin! Yehovaya alqış edin, ey Onun qulları,+   Ey Yehovanın evində,Allahımızın evinin həyətlərində duranlar.+   Yaha alqış edin, çünki Yehova kəramətlidir,+Adını nəğmələrdə tərənnüm edin, çünki bu, xoşdur.   Yah Yaqubu Özü üçün seçib,İsrail Onun xüsusi mülküdür.+   Yehova ucadır, bunu bilirəm,Rəbbimiz bütün allahlardan yuxarıdır.+   Göydə və yerdə, dənizlərdə, bütün ümmanlardaYehova istədiyi hər şeyi edir.+   O, yerin ucqarlarından bulud qaldırır,Yağış üçün şimşək çaxdırır*,Anbarlarından külək çıxarır.+   O, Misirin ilkinlərini vurdu,Həm insanı, həm heyvanı.+   Ey Misir, sənin torpaqlarında fironla nökər-naibinin üzərinəƏlamətlər, möcüzələr göndərdi.+ 10  O, neçə-neçə xalqı qırdı,+Qüdrətli padşahları məhv etdi,+ 11  Amorilərin padşahı Sihunu,+Başan padşahı Oqu,+Bütün Kənan padşahlıqlarını məğlub etdi. 12  Onların torpağını miras verdi,Xalqı İsrailə miras verdi.+ 13  Ey Yehova, Sənin adın əbədidir,Ey Yehova, şan-şöhrətin nəsildən-nəslə keçir.+ 14  Yehova xalqını müdafiə edər,+Bəndələrinə şəfqət göstərər.+ 15  Xalqların bütləri qızıldır, gümüşdür,İnsan əlinin işidir.+ 16  Ağızları var, danışa bilmir,+Gözləri var, görə bilmir, 17  Qulaqları var, eşidə bilmir,Ağızlarında nəfəs yoxdur.+ 18  Onları düzəldənlər də,Onlara güvənənlər də onlar kimi olacaq.+ 19  Ey İsrail evi, Yehovaya alqış edin,Ey Harun evi, Yehovaya alqış edin, 20  Ey Lavi evi, Yehovaya alqış edin,+Ey Yehovadan qorxanlar, Yehovaya alqış edin! 21  Yerusəlimdə məskən salmış YehovayaSiondan mədhlər ucalsın.+ Yaha alqış edin!+

Haşiyələr

Digər variant: yağış üçün qapılar düzəldir.