Zəbur 136:1—26

  • Yehovanın məhəbbəti əbədidir

    • Göylər və Yer hikmətlə yaradılıb (5, 6)

    • Fironun Qırmızı dənizdə ölümü (15)

    • Allah miskin halda olanları unutmur (23)

    • Bütün canlılara ruzi verir (25)

136  Yehovaya şükür edin! O, kəramətlidir,+Məhəbbəti* əbədidir.+   Allahlar Allahına şükür edin,+Məhəbbəti əbədidir.   Ağalar Ağasına şükür edin,Məhəbbəti əbədidir.   Tək Odur xariqəli işlər görən,+Məhəbbəti əbədidir.+   Odur göyləri hikmətlə* yaradan,+Məhəbbəti əbədidir.   Odur Yeri sular üzərində quran,+Məhəbbəti əbədidir.   Odur səmadakı gur işıqları yaradan,+Məhəbbəti əbədidir.   Odur gündüzü günəşin ixtiyarına verən,+Məhəbbəti əbədidir.   Odur gecəni ayın, ulduzların ixtiyarına verən,+Məhəbbəti əbədidir. 10  Odur Misirin ilkinlərini qıran,+Məhəbbəti əbədidir. 11  Odur İsraili oradan çıxaran,+Məhəbbəti əbədidir. 12  Onları güclü əli,+ qüvvətli qolu ilə çıxaran,Məhəbbəti əbədidir. 13  Odur Qırmızı dənizi ikiyə ayıran,+Məhəbbəti əbədidir. 14  İsraili dənizin dibi ilə aparan,+Məhəbbəti əbədidir. 15  Fironla ordusunu Qırmızı dənizə atan,+Məhəbbəti əbədidir. 16  Xalqını səhradan keçirib aparan,+Məhəbbəti əbədidir. 17  Odur şanlı padşahları yerə vuran,+Məhəbbəti əbədidir. 18  Odur qüdrətli padşahları qıran,Məhəbbəti əbədidir. 19  Amorilərin padşahı Sihunu+ məhv edən,Məhəbbəti əbədidir. 20  Başan padşahı Oqu+ məhv edən,Məhəbbəti əbədidir. 21  Onların məmləkətini miras verən,+Məhəbbəti əbədidir. 22  Qulu İsrailə miras verən,Məhəbbəti əbədidir. 23  Odur miskin halımızda bizi unutmayan,+Məhəbbəti əbədidir.+ 24  Bizi dəfələrlə düşməndən qurtaran,+Məhəbbəti əbədidir. 25  Odur bütün canlılara ruzi verən,+Məhəbbəti əbədidir. 26  Şükür edin göylərin Allahına,Məhəbbəti əbədidir!

Haşiyələr

Hərfən: məharətlə.