Zəbur 140:1—13

  • Qüdrətli xilaskar Yehova

    • Pislərin dili — ilan dili (3)

    • Qəddar adamın yıxılması (11)

Dirijora. Davudun məzmuru. 140  Ey Yehova, məni şər adamlardan qurtar,Zalımlardan qoru.+   Onlar ürəklərində fitnə qururlar,+Bütün günü dava axtarırlar.   Dilləri ilan dili kimi itidir,+Ağızlarında gürzə zəhəri var.+ (Selah)   Ey Yehova, məni şər adamlardan,+Zalımlardan qoru,Onlar mənə badalaq vurmaq istəyirlər.   Məğrurlar mənə tələ qururlar,Yolumun üstündə iplərdən tor sərirlər,+Mənə cələ qururlar.+ (Selah)   Yehovaya deyirəm: «Sən mənim Allahımsan. Ey Yehova, yalvarışlarımı eşit».+   Ey Külli-İxtiyar Yehova, qüdrətli xilaskarım,Döyüş günü başımın üzərində qalxan tutursan.+   Ey Yehova, qoyma pislər murada çatsın,Qoyma qəsdləri baş tutsun, qürrələnsinlər.+ (Selah)   Ətrafımı bürüyənlərin ağzından çıxan pislikQoy öz başlarına gəlsin.+ 10  Qoy başlarına köz tökülsün,+Oda düşsünlər,Dərin çalaya düşsünlər,+ daha dura bilməsinlər. 11  Böhtançı adam yer üzündə kök salmasın,+Pislik qəddar adamı izləyib yerə vursun. 12  Bilirəm ki, Yehova məzlumu müdafiə edəcək,Yoxsula adil hökm çıxaracaq.+ 13  Salehlər Sənin adına şükür edəcək,Əməlisalehlər önündə yaşayacaq.+

Haşiyələr